Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Üreklerimizin cümhur başqanı Elçibeyi anarken…

23 Haziran 2016

9:16 pm


24/06/2016 [01:15]: xeber –
Dünyada çox kəndlər, ellər – obalar var . Novxanını və Kələkini doğma kəndimiz edən Uca Bayraq tutan Bəylərimiz Məhəmməd Əmin Rəsulzadə və Elçibəydir. Kim nə deyir desin, bu iki öndərin arasında başqa heç kim görünmür. Biri heçdən istiqlal rəmzi üçboyalı BAYRAQ yapıb başı üzərində qaldırdı və “Bir kərə yüksələn bayraq bir daha enməz” dedi . O biri bolşevik süngüsünün Azərbaycan türklərinin yanıqlı ürəklərinə endirdiyi şəhidimizin son örtüyü BAYRAĞI yenidən Azərbaycanın başı üzərinə qaldırıb böyük BƏYİMİZİN yolçusu olduğunu ortaya qoydu.Elçibəy də, böyük öndər də cılız davalar etməyib, onların davası Azərbaycanın bağımsızlığı olub. Onlar BAYRAQ davası ediblər! Bu gün də özləri BAYRAQ kimi başımızın üstündədirlər. İndi bir çoxları qəhrəman olub, dil savaşına, BAYRAQ ADAMLARIMIZI aşağılamaq davasına çıxıblar. Hərə əlinə bir daş alıb atır. Dünən bığını qırxıb, arvad paltarı geyinib milli dövlətə qarşı qiyama çıxanların yanından atəş açanlar, bu gün yanlarını dəyişib daşlarını yenə də BƏY evinə tuşlayıblar. Nə qədər yazıq olasan ki, əli daşlı başsız olduğunu, cılız yazıq olduğunu unudasan.Kişinin sözü bir olar. Demişəm və deyəcəyəm: MƏHƏMMƏD ƏMİN RƏSULZADƏDƏN ÖZGƏ ÖNDƏR, ELÇİBƏYDƏN BAŞQA AZƏRBAYCAN DÖVLƏT BAŞÇISI TANIMIRAM VƏ YƏQİN BUNDAN SONRA DA TANIMAYACAĞAM !DOĞUM GÜNÜN QUTLU OLSUN, BƏY!Məğrur Bədəlsoy




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler