Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Üreklerde İstanbul dağı var…

15 Ağustos 2016

8:44 am


15/08/2016 [12:43]: xeber –
O dəhşətli gecənin üstündən bir ay ötdü. Həmin xain plan – darbə cəhdi reallaşaydı, kim bilir indi Türkiyəmiz nə kökdə, nə biçimdəydi. Parlamentin hədəfə alınması dünyəviliyə, xalqın seçiminə atılan bomba idi. Nə yaxşı ki, çevriliş ssenarisini yazanlar məqsədlərinə çata bilmədi və Türk toplumu xain hücumun arxasında duranlara, onlara azarkeşlik edənlərə mükəmməl bir dərs verdi.  Türkiyənin Azərbaycandakı səfiri dəyərli İsmayıl Alper Coşqun “Əgər bu hadisə baş verməsəydi, aldığım bir kitabdan belə bir ssenarini oxusaydım və ya bir filmə baxsaydım, kitabı zibilliyə atar, filmi də yarıda buraxardım” deyir. Hətta kifayət qədər diplomatik təcrübəyə malik olan şəxs belə yaşananları inanılmaz sayır. Görün, Türkiyəyə qarşı nə qədər məxfi bir plan hazırlanıb ki, qos-qocaman bir dövlətin təhlükəsizlik xidməti də xəbərsiz qalıb. Bu mənada heç şübhəsiz ki, proseslərin arxasında hansısa xarici ölkənin xəfiyyəsi dayanıb. Ehtimal etmək olar ki, bu, sadəcə bir ahıl mollanın ssenariləşdirə biləcəyi olay deyil… Bəli, indiki halda hədəfdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan idi. Son illərdə “ipə-sapa yatmayan” birisi kimi xarakterizə olunan, bölgədə Türkiyə kimi gücün olduğunu hər vədə xatırladan prezident onların qarşısında əsl maneə idi. Türkiyəni oyuncaq bir dövlətə çevirmək, onun başına üzüyola birisini təyin edib istədiklərini almaq qəsdi vardı sözsüz ki, bu planın içində. Son illərdə Türkiyə hökuməti bir neçə dəfə bəşərə hakimlik etmək istəyənlərin xətrinə dəydi. Onlar bunu gözləmirdilər. İraq əməliyyatlarında, “Marmara” gəmisi ətrafında baş verənlərdə Türkiyə hökuməti çoxları üçün “arzuolunmaz”a çevrildi. Rusiya ilə münasibətləri ən yüksək səviyyəyə qaldıranda isə Ankaraya qarşı terror planları ardıcıl işə salındı. Özü də ölkənin ən sakit guşələrini hədəf seçdilər: Sultan Əhməd camesinin qarşısını, Qızıl Ay meydanı, Atatürk Hava Limanını…Türkiyəyə qarşı kəşfiyyat hücumları idi bunlar. Ardınca daha böyük terroru – darbəni həyata keçirmək üçün sınaq əməliyyatları idi bunlar.Vaxtilə yazmışdım, indi daha çox inanmağa başlayıram ki, ötən ilin noyabrında Rusiya qırıcısının vurulması da üçüncü qüvvənin əməli idi. Həm də Rusiya ilə 100 milyardlıq ticarət dövriyyəsi olan Türkiyəni zəiflətmək üçün aranı vurdular. Diqqət edin, PKK-nı silahlandırırlar, Türkiyə sarsılmır, Türkiyəni ürəyindən vururlar, yenə qürurunu pozmur…Və nəhayət, 15 iyul gecəsi sonuncu plan işə salınır…Türkiyə bir nəhəngdir, onun varlığını sinirə bilmirlər. Ürəklərdə İstanbul dağı var, bu ölkənin böyüklüyü çoxları üçün dərd olub. Ona görə də 15 iyul gecəsi, ondan sonrakı bir neçə gün ərzində çox paytaxtlar susdu, Ərdoğanın belə bir tələdən də sağ çıxacağını gözləmirmişlər bəlkə də. Elə Türkiyənin də. İllərdir ki, parçalanmış Türkiyə həsrətindədir türk düşmənləri. Yaxşı ki, arzularına çatmadılar. 15 iyul çevrilişi baş tutsaydı, bunun zərbəsi həm də Azərbaycana dəyəcəkdi. O zaman parçalanmış, zəif düşmüş Türkiyənin iqtidarı üçün Azərbaycanın taleyini əhəmiyyətmi kəsb edəcəkdi? Qərbin əlində oyuncaq olacaq yeni iqtidar dərhal Ermənistanla sərhədləri açıb ac-yalavac ermənilərə ikinci nəfəslik verəcəkdi. Ərdoğan elə bu günlərdə Putinlə görüşdən sonra Qarabağdan bəhs etdi. Yeni iqtidarın yaddaşında Qarabağ yer alacaqdımı? Demək çətindir. Türkiyə bizim ümid yerimiz, istinad etdiyimiz ünvan, nümunə gətirdiyimiz özcə məmləkətimizdir. Nə yaxşı ki, Türkiyə o gecədən sağ çıxdı. Sağ çıxmasaydı, bir ay sonra parçalanmış, vətəndaş müharibəsi davam edən qardaşımız haqda ürək ağrısı ilə yazırdıq. O gecə qurban gedən 240 şəhid təkcə 80 milyonluq Türkiyəni deyil, həm də Azərbaycanı böyük bir təhlükədən xilas etdi. O şəhidlər həm də bizim üçün qurban getdilər. Budur, İrəvanda ASALA terror təşkilatı “Qarabağ bizimdir, bizim olacaq” şüarı ilə mitinqlər gedir. 42 türk diplomatını qətlə yetirən ASALA yenə meydandadır. Serj Sərkisyansa “canımı verərəm, Qarabağı yox” deyir. Qərb dövlətləri isə terrorçulara dəstək verən, işğala haqq qazandıran Ermənistana yardım ayırmaqdadır. Bu siyasətə etiraz edən təkcə Azərbaycan deyil, həm də onun ən sadiq müttəfiqi qardaş Türkiyədir, onun hakimiyyətidir. Belə bir hakimiyyət təbii ki, Qərbi qane etmir. Bu mənada 15 iyul gecəsi həm də Qarabağ uğrunda savaş gedirdi… 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler