Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Uorlik: “Dağlıq Qarabağ xalqının mövqeyi vacibdir”

23 Haziran 2016

4:56 pm


23/06/2016 [20:55]: xeber –
“Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində xalqın mövqeyinin təmsil olunması vacibdir”.ANS PRESS-in məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik erməni mətbuatına müsahibəsinə deyib.”Dağlıq Qarabağ xalqının (erməni icmasının -red.) mövqeyi vacibdir. Ona görə də həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyəti ilə mütəmadi olaraq görüşür. Biz hərtərəfli  həlli çərçivəsində Dağlıq Qarabağın xalqının səsini təmin etməliyik”, – deyə Ceyms Uorlik bildirib.Bundan əvvəl bir neçə dəfə Dağlıq Qarabağın qondarma rejiminin danışıqlar prosesinə cəlb edilməsinə cəhdlər olunub. ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri  İqor Popov də oxşar açıqlama ilə çıxış etmişdi.”Biz dəfələrlə demişik ki, müəyyən mərhələdə Qarabağ hər zaman iştirak etmədiyi danışıqlar prosesinə qatılmalıdır. Düşünürük ki, sülh sazişinin hazırlanmasına keçid rolunu oynayacaq çərçivə sazişinin bağlanması çıxış nöqtəsi (Qarabağın danışıqlarda iştirakı üçün) ola bilərdi”, – deyə Popov jurnalistlərə açıqlamasında bildirib.Qarabağın istənilən statusla Azərbaycanın tərkibinə daxil edilməsinin qeyri-mümkünlüyü barədə suala cavab verən Popov qeyd edib ki, bu, “danışıqların predmetidir”.İqor Popov həmçinin Qarabağ münaqişənin həlli yeni sənədin olmadığını bildirib. “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar stolunda heç bir yeni sənəd yoxdur. Həmsədrlərin təklifləri var. Amma tərəflər bunu müzakirə edilirdilər”, — deyə Popov bildirib. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler