Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Universitetlerimizin beynelxalq reytinq cedvellerindeki biabırçı sıralaması -ARAŞDIRMA

23 Eylül 2016

8:12 am


23/09/2016 [12:10]: xeber –
Beynəlxalq təhsil və elm aləmində reytinq müəyyən edən bir neçə akademik qurum var. Həmin qurumlar oturuşmuş kriteriyaları və qiymətləndirmə mexanizmi ilə hər il dünya universitetlərinin reytinq sıralamasını aparır.Həmin sıralamada diqqət çəkən məqamlardan biri də keçmiş postsovet, xüsusən də Rusiya və Ukrayna universitetlərinin bu reytinq cədvəlində get-gedə geriləməsidir.sayt təqdim edəcəyi yazıda həm MDB məkanında, həm də Azərbaycanda ali təhsil müəssisələrinin indiki durumundan söhbət açacaq:Reytinq tərtib edənlərBeynəlxalq səviyyədə reytinq siyahısını tərtib edən bir neçə akademik qurum var.1. Çinin Shanghai Jiao Tong Universitesinin ARWU (Academic Ranking World University) reytinq siyahısı. Bu siyahıya düşmək üçün tələb olunan əsas kriteriya universitetdə neçə Nobel mükafatına layiq görülən alimin çalışması, yaxud Nobel mükafatına sahiblənən məzunlarının olması və SCI SSCI ( bu ən yüksək indexli elmi jurnallar sayılır -red.) indeksli jurnallarda dərc olunan məqalə sayıdır .Bu siyahıda dünyanın 500 universiteti var. Siyahıda Rusiyadan cəmi 2 ali təhsil müəssisəsi – Moskva Dövlət Universiteti ilə Sankt Peterburq Dövlət Universiteti, Türkiyədən İstanbul Universiteti və İranın Tehran Universitetinin adları var. Qeyd edək ki, bu reytinq sıralamasında Rusiya universitetləri ilk 200-lüyə uzun müddətdir düşə bilmir.2. İngiltərənin “Times Higher Education” jurnalı: “THE” adını daşıyan bu sıralamda kriteriyalar fərqlidir. Belə ki, burada Nobel alanlar yox, həmin universitetlərin təhsil səviyyəsi , SCI jurnallarında çıxan məqalə sayına düşən referans sayı (dünya elminə gətirdiyi töhfələr), universitetlərin beynəlxalq görüntüsü (xarici tələbələrin yerli tələbə sayına və xarici müəllimlərin yerli müəllim sayına nisbəti, xarici ölkələrlə həyata keçirilən elmi işlərin sayı) əsas götürülür. Bu siyahıda 400 universitetin adı var. Burada Türkiyədən 5 universitet (ODTÜ, Bilkənt, Koç, Boğaziçi və İstanbul-Texnik universitetləri), İranın Şərif Universiteti və Rusiyadan 2 – Moskva Dövlət Universiteti və Fizika Mühəndisliyi Universiteti yer alır. Digər MDB respublikalarının universitetlərinin heç birinin bu siyahıda adı yoxdur.3. Böyük Britaniyanın Quaqarelli Saymond (QS) laboratoriyası tərəfindən müəyyənləşdirilən reytinq siyahısı isə dünyada ən məşhurlardan sayılır. Adətən, universitetlər öz çəkilərini ifadə etmək üçün QS-in tərtib etdiyi reytinq siyahısındakı mövqelərini diqqətə çatdırırlar.QS “THE”yə yaxın və kriteriyalara əlavə olaraq universitetin akademik reputasiyası və məzunların çalışdığı şirkətləri də diqqətə alır. Bu siyahıda MDB ölkələrinin, nəhayət, Azərbaycanın da adı var. Rusiyadan 19, Ukraynadan 8, Qazaxıstandan 9, Azərbaycandan isə 3 ali məktəbin – Xəzər, Qafqaz və Bakı Dövlət universitetlərinin adları var.Dördüncü ən məşhur olanı isə Webometricdir. Burada adından da göründüyü kimi veb saytı olan universitetlər ilə əlaqədar internet ortamında yayınlanan məqalələr, universitetin Web saytına digər universitet, akademik və ya dövlət təşkilatlarından olan linklər, universitetin Web saytının zənginliyi və həcmi əsas götürülür.Dünyanın 22 min universitetinin adı bu siyahıdan keçir və təbii ki, orada Azərbaycandan da 41 universitetin adı var.QS-də son vəziyyətQS-in son reytinq sıralaması ötən ilin sonlarında aparılıb. Həmin sıralamada Azərbaycan və MDB (əsasən Rusiya) universitetlərinin mövqeyini əks etdirəcək bir neçə detala diqqət yetirək: “QS” təşkilatı 2014-cü il dekabrın 17-də açıqladığı reytinq cədvəlində ilk dəfə olaraq Şərqi Avropa, keçmiş sovet ölkələri və Türkiyə daxil olmaqla, ümümilikdə 30 ölkədən 368 ali məktəbi tədqiq edilib. Bu reytinq cədvəlində Azərbaycandan olan ali təhsil ocaqlarından Xəzər Universiteti 39,6 balla araşdırılan coğrafiyada 368 universitet arasında 71-ci yerdə qərarlaşıb. Bakı Dövlət Universiteti 39,4 balla Çexiyanın Palacky Universiti ilə birlikdə 72-73-cü yerləri bölüşdürüb. Qafqaz Universiteti isə 38,5 balla 75-ci yerdə qərar tutub. Qeyd edək ki, QS-in apardığı bu siyahıyalma bütün dünya üzrə deyil, yalnız Şərqi Avropa və MDB, eləcə də Xəzəryanı dövlətləri əhatə edir. Məxsusi olaraq, MDB məkanı üçün aparılan reytinq siyahısını isə az sonra nəzərə çatdıracağıq. Maraq üçün qeyd edək ki, bu cədvəldə keçmiş sovet ölkələrindən yalnız 7 ölkə təmsil olunub: Rusiya 26, Qazaxıstan 8, Ukrayna 6, Litva 4, Azərbaycan 3, Latviya 3, Estoniya 2 və Belarusdan 2 ali məktəb.Ümumilikdə MDB ölkələri arasındakı cədvələ 26 ali məktəblə Rusiya başçılıq edir. Çexiyanın 10, Qazaxıstanın 8, Polşanın 8 ali məktəbi cədvəldə yer alıb.MDB ölkələrindəki vəziyyətBöyük Britaniyanın “THE” reytinq cədvəlinə nəzər yetirəndə orada MDB məkanında yerləşən universitetlərin ən yaxşı onluğunda bu ali təhsil müəssisələr yer aldığını görə bilərik: M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, BelarusDövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Taras Şevçenko adına Ukrayna Milli Universiteti, Vilnüs Universiteti, Novosibirsk Dövlət Milli Tədqiqatlar Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, N.E. Bauman adına Dövlət Texniki Universiteti, Tartu Universiteti (Estoniya), Tomsk Dövlət Universiteti yer alıblar, Tallin Texniki Universiteti (Estoniya), Əl Fərabi Universiteti (Qazaxıstan). Siyahıda 10 deyil, 12 universitetin adının çəkilməsinin səbəbi isə onların bir neçəsinin eyni balla qiymətləndirilməsidir.Amma regionun ümumi vəziyyəti qətiyyən qənaətbəxş deyil. “Times Higher Education” jurnalının redaktoru Fill Beytin sözlərinə görə, Rusiya ali məktəbləri getdikcə reytinq cədvəlinin yüksək sıralarından uzaqlaşmağa başlayıblar.Belə ki, məşhur M.V.Lomonosov adına Moskva Dövlət Universiteti bu siyahıda 226-250-ci yerləri tutan ali məktəblər qrupuna daxildir. Ötən il MDU “201-225” ali məktəblər qrupuna daxil olub. Bu siyahıda Avropanın ən yaxşı universitetlərinin sayına görə Böyük Britaniya birinci yeri tutur. İngilislərin 31 universiteti böyük 200-yə daxil olub. Almaniyada bu rəqəm 10, İsveçrədə 8, Niderldandda isə 12-yə çatır. Qeyd edək ki, MDB-in ən yaxşı təhsil müəssisəsi olan MDU həmin universitetlərdən 200 pilləyə qədər geridədir. Amma MDB-in öz tərtib etdiyi siyahıda isə bu universitet maksimal bal toplayaraq ilk yeri qazanıb. Bu faktın özü keçmiş postsovet ölklərinin elmi səviyyəsinin Avropadan xeyli geri qaldığını əks etdirir. “Keçənə güzəşt deyərlər” deyib bir az da MDB-in özünün tərtib etdiyi reytinq sıralamasından bəhs edək.Ekspert RA” reytinq agentliyiBu agentlik hər il MDB-yə üzv ölkələrin ən yüksək səviyyəli universitetlərinin siyahısını açıqlayır. Son reytinq siyahısına 153 ali məktəb daxil edilib ki, həmin universitetlər A-dan E-dək 5 kateqoriyaya ayrılıb.Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan və Qırğızıstan universitetlərinin adı olan siyahıda Azərbaycandan yalnız Bakı Dövlət Universiteti 40-cı pillədə yer alıb. Reytinq siyahısı statistik göstəricilərlə yanaşı, 5,5 min respondentlə (müəllimlər, alimlər, tələbələr, məzunlar və digər əməkdaşlar) aparılan sorğu nəticəsində tərtib edilib.Qeyd edək ki, kateqoriyalara bölünmə zamanı MDB ölkələri universitetlərində Boloniya prosesinin tətbiqi əsas götürülüb və BDU-nun bu istiqamətdə bakalavr-magistr hazırlığı qənaətbəxş hesab edilib. Ermənistan və Gürcüstan universitetləri siyahıda yer ala bilməyib.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler