Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Universitetler gelirden çox reytinqleri barede düşünmelidir”

28 Temmuz 2016
12:08 pm


28/07/2016 [16:07]: xeber –
Etibar Əliyev: “Sovet dövründə ali təhsilin keyfiyyəti yüksək, qəbul qüsurlu idi, indi qəbul qüsursuz aparılır, lakin ali təhsilin keyfiyyəti aşağıdır” Ali məktəblərə qəbul imtahanları başa çatdı. Abituriyentlər artıq sabahdan, yəni iyulun 29-dan  avqustun 10-dək ixtisas seçimini edəcəklər. Qəbul imtahanları yekunlaşsa da, göstəricilər ötən illə müqayisədə elə də ürəkaçan deyil. Məsələn, I və IV qrup üzrə 61 faiz abituriyent 0-200 bal toplaya bilməyib. Qəbul imtahanlarında abituriyentlərin göstərdiyi biabırçı nəticələrlə bağlı “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyevlə söhbət edik.- I və IV ixtisas qrupu üzrə 22 min 508 abituriyent  0-200 bal toplaya bilməyib. Bu da imtahanda iştirak edənlərin 61 faizi deməkdir. Sizcə, bu rəqəm çox deyilmi?- Bəli, nəticələr ürəkaçan deyil. Abituriyentlərin aşağı nəticə nümayiş etdirməsinin bir neçə səbəbini göstərmək olar – müəllimlərin öz peşələrinə məsuliyyətsiz yanaşmalarını, repetitor institutunun zəifləməsini, dərsliklərdə məzmun problemini, dərsdən yayınma hallarının çox olmasını və sair. Fənn proqramları uşaqlar tərəfindən normal mənimsənilsə, bu göstərici xeyli aşağı düşə bilər. Bizə elə gəlirdi ki, müəllimlərin əmək haqqı yüksəldikdən sonra orta təhsilin keyfiyyətində müsbətə doğru dəyişiklik yaranacaq. Bununla yanaşı, hər tədris ilində “ilin yaxşı müəllimləri” və “yaxşı məktəbləri” seçilib, pulla mükafatlandırılır. Lakin motivasiya aşağı düşür. Bizim orta təhsil sistemimizin belə xüsusiyyətləri var. Biz indi də müəllimləri qınamaqdan çəkinirik. Ancaq keyfiyyətin əsas göstəriciləri onlardan asılıdır. Fizikada “entropiya” anlayışı var.  Sistemin entropiyası sistemdə nizamsızlıq dərəcəsini xarakterizə edir. Bu anlayışı təhsilə də aid etmək olar. Biz nizamsızlıq dərəcəsini hələ də dəqiq müəyyənləşdirə bilmirik.- Yəni 61 faiz abituriyentin müsabiqədə iştirak edə biləcək balı toplamamasını məktəblərdəki təlim-tədris işinin səviyyəsinin artmamasının nəticəsi adlandırmaq olar?- Bizdə istər şəhər məktəblərində, istərsə də kənd məktəblərində təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün işlər görülür. Lakin keyfiyyətdə coğrafi faktor hələ də qabarıqlığı ilə özünü göstərir. Çox vaxt biz keyfiyyəti kurikulumlardakı qüsurlarla əlaqələndiririk. Yaxşı, biz yapon və yaxud alman orta məktəblərinin kurikulumlarını bizim məktəblərə gətirsək, müəllimlərimiz keyfiyyətdə dəyişiklik yarada biləcəklərmi? Yox. Məncə, müəllimin öz tədris metodikası tədrisdə mühüm rol oynamalıdır. Bu metodika uşaqlarda istedadın üzə çıxmasına səbəb olmalıdır. Bunun üçün onlar bəyənmədikləri dərsliklərdən əlavə dərsliklər axtarmalıdırlar. Bu istək isə onlarda yoxdur.- Sovet dövrü ilə müqayisə aparırsınızmı? Məsələn, o dövrdə ali məktəbə imtahan verənlərin sayı əhalinin sayına görə nə qədər idi və nəticə necə olurdu? Bu göstəricilərə görə sovet dövrü ilə indiki dövr arasında bir uçurum varmı?- Sovet dövründə belə statistikalar ictimailəşdirilmirdi. Sadəcə, savadlılığın göstəriciləri barədə rəqəmlər verilirdi. Məsələn, əgər indiki qəbul prosesi sovet vaxtı olsaydı, istedadlı uşaqlar kənarda qala bilməzdilər. Fikrimi daha aydın izah edim. Sovet dövrünün tələbə qəbulu prosesində qüsurlar, əyriliklər mövcud idi. Lakin ali təhsilin keyfiyyəti yüksək idi. İndi qəbul qüsursuz aparılır, lakin ali təhsilin keyfiyyəti aşağı səviyyədədir. Bunun özü də müəllim faktoru ilə bağlıdır. Müəllim faktoru həm də keyfiyyətli təhsil mühitini formalaşdırırdı. Sovet vaxtı adamı olmayan illərlə tibb, hüquq və başqa fakültələrə daxil ola bilmirdi. İndi biliyin yüksəkdirsə, orta məktəbi qurtaran ili də ali məktəbə daxil ola bilərsən. – Ali məktəbi bitirənlərin heç də hamısı işlə təmin edilə bilmir. Sizcə, abituriyentlərin texniki peşə məktəbləri oxuması ölkəmizə daha çox fayda verməzmi, nəinki ali təhsil alıb diplomlu işsizlər cərgəsinə qoşulması?“Müəllimləri qınamaqdan çəkinirik, ancaq keyfiyyətin əsas göstəriciləri onlardan asılıdır”- Peşə təhsilinin vəziyyəti acınacaqlıdır. Yaxşı xatırlayıram, biz qəbula gələn ili metroların qarşısında və başqa ictimai yerlərdə peşə təhsilinin təbliğatı aparılırdı. Bu, istər-istəməz diqqəti cəlb edirdi. İndi televiziyalarda, yaxud ictimai yerlərdə hansısa peşə məktəbinin təbliğ olunmasına rast gəlmisinizmi? Ancaq hər gün təhsil haqqı yüksək olan orta məktəblərin və bağçaların təbliğatı aparılır. İndi 20-30 bal toplayan abituriyentlər də peşə təhsilinə meyl etmirlər. Ukraynada, Türkiyədə, Gürcüstanda ali məktəblər axtarırlar. Yaxşı sənətkar savadsız ali təhsillidən qat-qat çox pul qazanır və hörməti də ondan çoxdur. Peşə Təhsili Agentliyinin yaradılması, məncə, yaxın vaxtlarda bu istiqamətdə müəyyən dönüş yaradacaq. Bunun üçün peşə liseylərinin modernləşməsi işi sürətlənməlidir. Təhsilin bu pilləsi inkişaf etdirilsə, artıq cəmiyyətdə aşağı nəticələr göstərənlərin statistikası çox hallandırılmayacaq. – Ali təhsilli, savadlı gənclərin işsiz qalması, sizcə, planlaşmanın düzgün aparılmaması ilə əlaqəli bilərmi?- Bizim ali məktəblər dəyişən dünyanın tələbatına uyğun mütəxəssislər hazırlamaq üçün islahatlar aparmalıdır. Elmi tədqiqatların spektri genişləndirilməlidir. Mühüm bir məsələyə toxunmaq istəyirəm. Məsələn, sovet vaxtı fizika fakültəsini bitirənlərə fizik, müəllim, biologiya fakültəsini bitirənlərə bioloq, müəllim ixtisasları verilirdi. Yəni proqramlar elə formalaşdırılırdı ki, elmi və pedaqoji istiqamətlər bir-birini tamamlayırdı. Elmi işlə məşğul olmaq istəməyənlər pedaqoji fəaliyyətlə məşğul olurdular, yaxud əksinə. İndi “Təhsil ixtisas qrupu” üzrə fizika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat, biologiya, kimya müəllimliyi və s. ixtisaslar,  “Təbiət ixtisasları qrupu”nda riyaziyyat, mexanika, fizika, kimya, biologiya, coğrafiya və s. ixtisaslar yer alıb. “Təhsil haqqında” Qanuna görə, “Təbiət ixtisasları qrupu”na daxil olan ixtisaslar üzrə ali məktəbləri bitirənlər müəllim işləyə bilməzlər. Qanun həm də onların elmi tədqiqat müəssisələrində işləməsinə imkan vermir. Bunun üçün onlar magistratura pilləsini bitirməlidirlər. Bu barədə indiyə qədər kimsə düşünübmü? Dövlətin və vətəndaşın xərclədiyi külli miqdarda vəsait nədən işsizlik yaratmalıdır? Analoji yanlışlıqlara “Humanitar və sosial ixtisaslar qrupu”nda da yol verilib. Bu blokun ixtisaslarına diqqət edək: tarix, filologiya, fəlsəfə, psixologiya və s. Bu ixtisasları bakalavr pilləsi  üzrə bitirənlər də nə müəllim işləyə bilərlər, nə də ki, elmi işçi.  – Azərbaycanda ödənişli əsaslarla təhsil azaldılmalıdırmı və ya pullu ixtisaslara qəbul olan, amma oxumaq imkanı olmayan abituriyentlərə hansı güzəştlər edilə bilər? Güzəşt zamanı əsas meyar nə götürülməlidir?- Dünyanın inkişaf etmiş ölkələrində təhsil haqları təhsilin keyfiyyətinə görə müəyyənləşdirilir. İmkansız, lakin istedadlı tələbələrə çox kiçik faizlərlə uzun müddətli kreditlər verilir. Bizdə istedadlı kasıb uşaqlar elitar deyilən orta məktəblərdə təhsil ala bilməzlər. Ali məktəblərin yüksək təhsil haqları da onların qarşısında maneədir. Keyfiyyəti qiymətləndirilməmiş ali məktəblərdə təhsil haqları yüksək ola bilməz. Massaçuset Texnologiya İnstitutunun məzunları 40 mindən çox şirkət yaradıblar ki, onların gəlirləri 230 milyard dollardır. Bu cür universitetlər tələbə gəlirlərindən varlanmırlar. Əsas gəlirlər tədqiqatlardandır. Bizim universitetlər isə məzunlarının hökumətdə tutduqları vəzifələrə görə öyünürlər. Universitetlər gəlirlərindən çox reytinqləri barədə düşünməlidirlər. Təəssüflər olsun ki, universitetlərimiz təhsil haqları hesabına “yaşamaq” missiyasından əl çəkə bilmir.(musavat)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler