Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Universitet onlari bele sevindirdi – Foto

01 Aralık 2016

7:48 pm

– xeber –
Azərbaycan Dövlət Pedaqoji Universitetində Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin təşəbbüsü ilə 3 Dekabr – Beynəlxalq Əlillər Gününə həsr edilmiş “Dünyamıza xoş gəldiniz” adlı rəsmi və bədii hissədən ibarət tədbir keçirilib.
Bu haqda Axar.az-a universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən 4 korreksiya və reabilitasiya uşaq mərkəzinin – Daun sindromlu uşaqların Reabilitasiya Mərkəzinin, Bakı Autizm-İdman və Yaşam Klubunun, Elit Autizm Türkiyə-Azərbaycan Mərkəzinin və Psixoqamma Psixoloji Mərkəzinin təxminən 30-dan çox xüsusi qayğıya ehtiyacı olan uşaqlarının rəsm əsərləri nümayiş etdirilib.
Tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov uşaq mərkəzlərinin nümayəndələrini və valideynləri rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməsindən məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, ADPU ilə uşaq mərkəzlərinin daim birgə belə fərqli tədbirlər keçirməsi artıq ənənə halını alıb və bu ənənəni yaşatmaq, inkişaf etdirmək vacibdir. Uşaqların çəkdiyi rəsm əsərləri ilə tanış olan rektor bu əsərlərdən məmnun qaldığını bildirərək onlara uğurlar arzulayıb.
Mərkəz rəhbərləri və valideynlər tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Sonda videoçarxlar nümayiş olunub, daun sindromlu uşaqlar fləşmob nümayiş etdirərək, tələbələrlə rəqs edib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler