Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

UNEC telebeleri Koreyada tehsil alacaq

05 Ağustos 2016

1:20 pm


05/08/2016 [17:17]: xeber –
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Koreya Respublikasının Vussonq Universitetinin SolBridge Beynəlxalq Biznes Məktəbi (SolBridge International Business School at Woossong University) arasında tələbə mübadiləsi proqramı uğurla davam etdirilir.Mübadilə proqramı çərçivəsində UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin üçüncü kurs tələbələri Səmra Məmmədli və Suğraxanım İbadova 2016/2017-ci tədris ilinin payız semestrində SolBridge Beynəlxalq Biznes Məktəbində təhsil almaq hüququ qazanıb. Koreya tərəfindən aparılan seçimlərdə uğur əldə etmiş hər iki tələbə bir semester müddətində müvafiq fənlər üzrə SolBridge Beynəlxalq Biznes Məktəbinin kreditlərini əldə edəcəklər. Mübadilə proqramında iştirak edən tələbələrin Koreyada əldə etdikləri kreditlər UNEC tərəfindən tanınır. Mübadilə proqramı UNEC tələbələrinin bir semestr müddətində SolBridge Beynəlxalq Biznes Məktəbində təhsil almasını nəzərdə tutur.Qeyd edək ki, UNEC-də tələbələrin beynəlxalq mübadilə proqramlarına daha aktiv şəkildə cəlb olunması istiqamətində sistemli və davamlı tədbirlər görülür. Belə ki, UNEC tələbələrinə Almaniya, Fransa, Polşa, Litva, Türkiyə və digər ölkələrin qabaqcıl universitetlərində bir və ya bir neçə semester müddətində təhsil almaq imkanı təqdim edilir.UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsi


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler