Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

UNEC tekrar ali tehsil ve yenidenhazırlanma tehsili almaq üçün sened qebulunu uzatdı

27 Temmuz 2016

7:20 am


27/07/2016 [11:19]: xeber –
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2016/2017-cı tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulunun müddətini sentyabrın 10-dək uzadıb.Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduğu halda təkrar ali təhsil, olmadığı halda isə yenidənhazırlanma təhsili ala bilərlər.Təkrar ali təhsilə qəbul 21 ixtisas üzrə aparılır və təkrar ali təhsil almaq isiəyənlər rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə), işlədiyi halda iş yerindən arayış ilə əmək kitabçasından çıxarış, 3×4 sm. ölçüdə 6 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini elektron formada təqdim etməlidirlər.Yenidənhazırlanma təhsili 3 ixtisas üzrə aparılır və yenidən hazırlanma təhsili almaq istəyənlər fərdi qaydada rektorun adına ərizə, rektorun adına müəssisə və ya təşkilatın göndərişi, ali və ya orta ixtisas təhsili haqqında diplomun notarial qaydada təsdiqlənmiş surəti, diploma əlavənin notarial qaydada təsdiqlənmiş surəti, əmək kitabçasının rəsmi qaydada təsdiqlənmiş surəti, 1 ədəd fotoşəkil (3×4 sm jpeg formatında), şəxsiyyət vəsiqəsinin surətini pdf formatında təqdim etməlidirlər.UNEC-də yenidənhazırlanma və təkrar ali təhsilə qəbul ancaq elektron qaydada – kabinet.unec.edu.az saytı vasitəsi ilə həyata keçirilir. Təhsil Azərbaycan dilindədir və tədris müddəti 1 ildir.UNEC haqqında:UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler