Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

UNEC-in prorektoru ABŞ-da professional inkişaf telimlerine qatılmaq imkanı qazanıb- FOTO

04 Temmuz 2016

1:00 pm


04/07/2016 [16:58]: xeber –
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov ABŞ Dövlət Departamentinin Hubert H.Humphrey Təqaüd Proqramının qalibi seçilməklə Amerikada professional inkişaf təlimlərinə qatılmaq imkanı qazanıb. Ş.Bayramov proqram çərçivəsində 11 avqust 2015-ci il – 10 iyun 2016-cı il tarixlərində ABŞ-da təhsil alaraq, proqramı uğurla başa vurub. Ş.Bayramov proqramın qalibi seçilməklə Amerikanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Pensilvaniya Dövlət Universitetində (The Pennsylvania State University-PSU) “Ali təhsilin idarə edilməsi” (Higher Education Administration) ixtisası üzrə təhsil alıb. O, proqramın  əsas hissəsini PSU-nun Təhsil Kollecində (College of Education) keçirib. Ş.Bayramov proqram çərçivəsində mayın 2-dən iyunun 10-dək dünya universitetlərinin reytinq siyahısında 17-ci pillədə qərarlaşan Kornell Universitetində (Cornell University) professional təcrübədə (professional affiliation) iştirak edib. O, hər iki universitetdə “qonaq alim” (visiting scholar) statusunda fəaliyyət göstərib. UNEC prorektoru 2015/2016-cı tədris ili ərzində PSU-nun Təhsil Kollecində doktorantlar üçün nəzərdə tutulan dörd fənn üzrə dərslərdə iştirak edərək, mümkün olan ən yüksək qiyməti (A – excellent) alıb. Ş.Bayramov ABŞ-da olduğu müddətdə çoxsaylı professional təlim seminarları, treninq və forumlara qatılıb, elmi və praktiki konfranslarda iştirak edib, tədqiqat sahəsində aktiv fəaliyyət göstərib. PSU-da və Kornell Universitetində müvafiq struktur bölmələrinin rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirməklə adı çəkilən ali təhsil müəssisələri ilə UNEC arasında ikitərəfli əməkdaşlıq imkanlarını nəzərdən keçirib. UNEC ilə PSU-nun Biznes Məktəbi və İqtisadiyyat Departamenti arasında, eləcə də UNEC ilə Kornell Universitetinin İqtisadiyyat Departamenti arasında potensial əməkdaşlığın yaradılmasına dair ilkin razılıq əldə edilib. Ş.Bayramov təhsil aldığı müddətdə professional fəaliyyətlə yanaşı ölkəmizin təbliğatı istiqamətində də aktiv fəaliyyət göstərib. O, PSU-da və Kornell Universitetində professor-müəllim, tələbə heyəti, eləcə də yerli əhali üçün çoxsaylı təqdimatlarla çıxış edib. Hubert H.Humphrey Təqaüd Proqramı haqqında: ABŞ-ın vitse-prezidentinin (1965-1969) şərəfinə adlandırılan və 1978-ci ildən fəaliyyət göstərən Hubert H.Humphrey təqaüd proqramı müxtəlif sahələr üzrə mütəxəssislərin bir akademik tədris ili ərzində Amerikanın aparıcı universitetlərində professional inkişaf təlimlərinə qatılmasını nəzərdə tutur. Fulbright mübadiləsi çərçivəsində həyata keçirilən Humphrey Proqramının hazırda dünyanın 159 ölkəsində 5 mindən artıq məzunu var. ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi proqramı Beynəlxalq Təhsil İnstitutu (International Institute of Education) reallaşdırır. Proqramın əsas məqsədi iştirakçıların professional inkişafının dərinləşdirilməsi, liderlik keyfiyyətinin artırılması və ABŞ universitetlərindəki tərəfdaşlarla professional əməkdaşlığın yaradılması imkanlarının təqdim edilməsindən ibarətdir. Hazırda Proqrama ABŞ-ın 15 universiteti ev sahibliyi edir. UNEC haqqında: UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler