Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“UNEC İctimai Nezaret Şurası” yay imtahan sessiyasının yekunlarına dair hesabatını açıqlayıb

12 Temmuz 2016

2:52 pm


12/07/2016 [18:49]: xeber –
İyulun 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkənin tanınmış ekspertləri, elm xadimləri və nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu “UNEC İctimai Nəzarət Şurası” yay imtahan sessiyasının yekunlarına dair mətbuat konfransı keçirib.UNEC-in Marketinq və Kommunikasiya Departamentinin direktoru Rasim Şərifov bildirib ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu, Təhsil nazirinin “İmtahan sеssiyanın təşkili və keçirilməsi barədə” 11 may 2016-cı il tarixli 279 nömrəli əmri və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq, tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyini əsas tutaraq “UNEC İctimai Nəzarət Şurası” yaradılıb. UNEC-də təşkil edilən yay imtahan sessiyasına nəzarət istisnasız bu quruma verilib.Bildirilib ki, “UNEC İctimai Nəzarət Şurası”nın yaradılması ilə bağlı təklif universitet rəhbərliyinə QHT rəhbərləri Əliməmməd Nuriyev, Etibar Əliyev və təhsil eksperti, professor Şahlar Əsgərov tərəfindən irəli sürülüb. Rəhbərlik təklifi müsbət dəyərləndirərək, Şuranın yaradılması ilə bağlı qərar verib.“UNEC İctimai Nəzarət Şurası”na əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri, koordinator Etibar Əliyev, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə  Qrupun üzvü Əliməmməd Nuriyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, elm və təhsil verilişləri departamentinin direktoru Zaur Mahmudov, “Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı və “525-ci qəzet”in  müxbiri Sevinc Qarayeva daxildir.“XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri, fəlsəfə doktoru, “İctimai Nəzarət Şurası”nın koordinatoru Etibar Əliyev bildirib ki, Şura üzvləri 1 iyun – 4 iyul tarixlərində yay imtahan sessiyasının monitorinqini apararaq, UNEC-in “Qaynar xətt” və Apellyasiya Komissiyasının işinə nəzarəti təşkil edib, tələbələrlə fərdi söhbətlər aparıb, ali məktəbdə keçirilən “Açıq qapı”da iştirak ediblər. Daxil olan müraciətlər mütəxəsislər tərəfindən qısa zaman ərzində araşdırılaraq, operativ tədbirlərin görülməsi üçün universitet rəhbərliyinə ünvanlanıb. Şura üzvləri imtahanlara nəzarəti UNEC-in bütün tədris binalarında sərbəst, heç bir maneə olmadan həyata keçirib və imtahan prosesi ilə bağlı informasiya mütəmadi KİV-də yayımlanıb. Şura, həmçinin Maliyyə-İqtisad kollecində keçirilən imtahanlara da nəzarət edib. Hazırda tətbiq olunan imtahan metodu vaxtı ilə kollecdə sessiya zamanı yol verilən ciddi nöqsanların aradan qaldırılmasına xidmət edir.Bildirilib ki, imtahan sessiyasında 12 min tələbə iştirak edib. İmtahan müddətində Apellyasiya Komissiyasına 3500 müraciət daxil olub. Müraciətlərin 1400-ü müsbət həllini tapıb. 1200 müraciətə isə mənfi cavab verilib. 900 müraciət isə baxılma mərhələsindədir.Sonra Şura üzvləri KİV nümayəndələrinin suallarını cavablandırıb.“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması baxımından  “UNEC İctimai Nəzarət Şurası” nın yaradılmasının  müsbət hal olduğunu bildirib. Bu, ictimaiyyətdə yaranan neqativ fikirlərin qarşısını alır. A.Nağıyev gələcəkdə Şuranın daimi fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.Əməkdar elm xadimi, professor Şahlar Əsgərov “UNEC İctimai Nəzarət Şurası”nın Azərbaycan təhsili üçün yenilik olduğunu bildirib: “Təhsilin qarşısında iki əsas məsələ durur biliyin ötürülməsi və qiymətləndirilməsi. Biliyin qiymətləndirilməsi vacib və çox ziddiyətli bir məsələdir. Qiymətləndirmədə nöqsanlara yol verilməsi haqda fikirlər hər zaman mövcuddur. Ancaq Şura bütün bu söz-söhbətlərə son qoydu”. Ş.Əsgərov gələcəkdə imtahanlarda istifadə edilən testlərin keyfiyyətinin artırılması və sayının azaldılması ilə bağlı öz təkliflərini verib.Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə  Qrupun üzvü Əliməmməd Nuriyev UNEC-də yay imtahan sessiyasının ümumən obyektiv və şəffaf təşkil edildiyini bildirib: “Biz bir ay müddətində imtahan prosesini fasiləsiz izlədik. Bunun üçün UNEC-də bütün imkanlar yaradıldı. Ümumi vəziyyət bizi qane etdi. İmtahanlarda tətbiq edilən proqram təminatından çox razı qaldıq. Bu sistem neqativ halların qarşısının alınmasına imkan yaradıb. Tələbə imtahanın sonunda öz nəticələrini kompüterdə görə bilir. Sistemə heç bir kənar müdaxilə mümkün deyil. Tələbələrlə söhbətdən sonra bu nəticəyə gəldik”.Tələbə, müəllim və valideynlərin Şura ilə əlaqələrinin yüksək səviyyədə qurulduğunu qeyd edən digər üzvlər qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsi, yalnız  imtahanlarda deyil, universitetin bütün tədris prosesində iştirakının təmin edilməsi ilə bağlı fikirlərini səsləndiriblər.Mətbuat konfransında yekun hesabat açıqlanıb. Şura üzvləri UNEC-də imtahanlara hazırlığın yüksək səviyyədə təşkil olunduğu qənaətinə gəliblər. Bildirilib ki, tətbiq edilən imtahan metodu gələcəkdə də obyektivliyin və şəfffaflığın təmin olunmasına xidmət edəcək.Sonda “UNEC İctimai Nəzarət Şurası”ın fəaliyyətinin davam etdiriləcəyi, jurnalistlərin, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının təmin edilməsi üçün universitet rəhbərliyi tərəfindən bütün şəraitin yaradılacağı bildirilib.UNEC haqqında:UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler