Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

UNEC-de yeni meqa fakülte yaradılıb…

15 Temmuz 2016

7:24 am


15/07/2016 [11:23]: xeber –
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni meqa fakültə yaradılıb. Bu barədə qərar universitetin Elmi Şurasında qəbul edilib. Qərara əsasən, İnformatika və idarəetmə, Biznes inzibatçılığı və Kommersiya fakültələri ləğv edilərək, onların bazasında Biznes və menecment fakültəsi yaradılıb. Eyni profilli 3 fakültə, bundan sonra fəaliyyətini vahid fakültə kimi davam etdirəcək. Qərar idarəetməni təkmilləşdirmək və daha səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları çərçivəsində verilib. Qeyd edək ki, bundan öncə UNEC-də Maliyyə və Uçot-iqtisad fakültələri birləşdirilərək, Maliyyə və mühasibat fakültəsi, İqtisadiyyat və sənaye və Beynəlxalq İqtisadi Münasibətlər fakültələri birləşdirilərək, İqtisadiyyat fakültəsi yaradılıb. UNEC haqqında:UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler