Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

UNEC-de Telebe-Mentorlar fealiyyete başlayacaq

08 Eylül 2016

10:32 am


08/09/2016 [14:31]: xeber –
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində “Tələbə-Mentor” sistemi yaradılıb. Mentor sisteminin yaradılmasında məqsəd universitetə yeni daxil olan tələbələrə məsləhət dəstəyi vermək, kurslar arasında inteqrasiyanı və şəbəkə münasibətlərini gücləndirməkdir. Fakültənin III kurslarından 12 mentor seçilib. I kursların hər qrupuna ixtisaslar üzrə 2 mentor təyin edilib.Sentyabrın 15-dən fəaliyyətə başlayacaq mentorlar I kurs tələbələrinin universitet həyatına adaptasiya etmələrinə yardım edəcək.Bundan başqa, Beynəlxalq İqtisadiyyat Məktəbində “Senior mentor” (Böyük Mentor) da fəaliyyət göstərəcək. Senior mentor bir nəfər olmaqla, IV kurs tələbələri arasından seçilib. O, azad mentor kimi fəaliyyət göstərərək birinci kursların bütün qruplarına dəstək verəcək.Qeyd edək ki, 2016/17-ci tədris ilində UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olunan tələbələr 600-dən yuxarı bal toplayıb. Bununla da Beynəlxalq İqtisadiyyat Məktəbinə minimal keçid balında yüksəliş qeydə alınıb. Orta keçid balı isə maksimum həddə çataraq, 635 olub. UNEC haqqında:UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler