Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

UNEC-de Rus İqtisadiyyat Mektebi yaradılıb…

02 Ağustos 2016

7:16 am


02/08/2016 [11:13]: xeber –
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rus İqtisadiyyat Məktəbi (RİM) yaradılıb. Bundan sonra UNEC-in bakalavr pilləsinin rus bölümündə oxuyan tələbələr RİM-də təhsil alacaqlar.Məktəbin yaradılmasında məqsəd rusdilli təhsil məkanına inteqrasiya edərək, bu məkanın üstünlüklərindən bəhrələnməklə yanaşı, həm də rusdilli əcnəbi tələbələri UNEC-ə cəlb etməkdir. Eyni zamanda rus dilində iqtisadi təhsili təcrübəyə yönəltmək qarşıya məqsəd kimi qoyulub. Buna görə də gələcəkdə RİM-də daha çox təcrübəyönümlü tədris planı əsasında yüksək ixtisaslı iqtisadçı kadrların yütişdirilməsi nəzərdə tutulur.RİM-də UNEC müəllimləri ilə yanaşı, həm də rusdilli təhsil məkanının və Qərbin aparıcı iqtisadçı alimləri və ekspertləri dərs deyəcək. Rusiyanın və Qərbin tanınmış iş adamları, top menecerləri master-klasslar və seminarlar keçəcəklər. Eyni zamanda, tələbələrin Rusiyanın nüfuzlu koprorativ strukturlarında istehsalat təcrübəsinə göndərilməsi nəzərdə tutulub.Rus bölməsində tədris edilən təhsilin vahid məkandan idarəedilməsi UNEC-də rus dilində təhsilin səviyyəsinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirməsi, ixtisaslararası inteqrasiyanın inkişafı və tələbə-müəllim mobilliyinin artırılması istiqamətində faydalı olacaq. Bu da yüksək keyfiyyətli ixtisaslaşmış iqtisadçı kadrların hazırlanmasına xidmət edəcək.Qeyd edək ki, UNEC Cənubi Qafqaz regionunda dörd dildə təhsil verən yeganə iqtisadyönümlü universitetdir. UNEC-də təhsilin türk dilində tədris edildiyi Türk Dünyası İşlətmə fakültəsi və ingilis dilində təhsil verən Beynəlxalq İqtisadiyyat Məktəbi fəaliyyət göstərir. Rus İqtisadiyyat Məktəbinin yaradılması ilə ali təhsilocağında tədris edilən bütün dillər ayrıca fakültə və məktəblərə bölünmüş olacaq. Bu da təhsildə yüksək keyfiyyəti təmin etməklə yanaşı, tələbə məmnuniyyətini artıracaq, eyni zamanda tələbələrin daha çox sosiallaşmasına zəmin yaradacaq.UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsi


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler