Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

UNEC-de konfrans: “Müsteqil Azerbaycan 25 ilde – iqtisadi baxış”

19 Ekim 2016

5:36 am


19/10/2016 [09:35]: xeber –
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə konfrans keçirilib. Konfransda UNEC-in professor-müəllim heyəti, tələbələrlə yanaşı, millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli də iştirak edib.Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” adlı videoçarx təqdim edilib. Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycan xalqını, UNEC-in professor-müəllim heyətini, tələbələri təbrik edən rektor, professor Ədalət Muradov müstəqillik tarixinə qısa nəzər salıb. Bildirib ki, Azərbaycan xalqı xoşbəxtdir, çünki azad və müstəqil dövlətin vətəndaşlarıdır. Sevinirik ki, Ulu Öndər tərəfindən tərəfindən qorunub saxlanılan dövlət müstəqilliyi onun sadiq davamçısı cənab Prezident İlham Əliyev tərəfindən daha da möhkəmlənib. Milli Məclisin deputatı, müstəqillik aktına imza atan deputatlardan olan Vahid Əhmədov şanlı tarixə qısa nəzər salaraq, azadlığın əldə edilməsi yolunda xalqın mübarizəsindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev də daxil olmaqla, 43 deputat SSRİ-nin dağılması ilə əlaqədar səs verdi, sonradan tale elə gətirdi ki, 1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqilliyinin tanınması ilə bağlı Konstitusiya Aktı qəbul edildi və Azərbaycan müstəqil dövlət kimi fəaliyyət göstərməyə başladı. Müstəqil yeni iqtisadi modelin formalaşması mərhələsindən danışan millət vəkili müstəqilliyin qorunub saxlanılması yolunda Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan, xüsusən müəllifinin Ulu Öndər olduğu “ Əsrin müqaviləsi”ndən danışaraq, layihənin yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətindən söz açıb. UNEC-in kafedra müdiri, professor Ümidvar Əliyev “Yüksək iqtisadi artım mərhələsi” mövzusunda çıxış edib. 2003-2013-cü illərdə əldə edilən iqtisadi nailiyyətlərdən, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətdən danışıb. Milli Məclisin deputatı, UNEC-in fəxri məzunu Əli Məsimli “İqtisadi diversifikasiya mərhələsi” adlı məruzəsində postneft dövrünə qədəm qoyan Azərbaycanda davamlı iqtisadi artımı təmin etmək məqsədi ilə görüləcək işlərdən danışıb. Bildirib ki, ölkənin malik olduğu insan resursları, zəngin yeraltı və yerüstü ehtiyatlar, eyni zamanda əlverişli geopolitik mühit hesabına ölkədə dayanıqlı iqtisadiyyatı təmin etmək mümkündür. Ə.Məsimli iqtisadi artımı təmin etmək məqsədilə qeyri-neft sektoruna diqqətin daha da artırılmasına, xüsusən regionlarda ixracyönümlü iri müəssisələrin yaradılmasına, bununla da Azərbaycan brendinin formalaşdırılmasına ehtiyac olduğunu bildirib və təkliflər irəli sürüb. Tədbir diskussiyalarla davam edib. UNEC-in iqtisadçı alimləri orta və uzun müddətli dövrdə iqtisadi artımı təmin etmək məqsədi ilə iqtisadi konsepsiyanın, yeni iqtisadi modelin hazırlanması, iqtisadiyyatın klasterləşməsinin vacibliyindən danışıblar. Sonda millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli iştirakçıların suallarını cavablandırıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler