Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

UNEC-de “Elm aylığı” başa çatıb

10 Kasım 2016

2:56 pm


10/11/2016 [18:53]: xeber –
Noyabrın 10-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Ümumdünya Elm Gününə” həsr olunan “Elm aylığı” başa çatıb. Yekun təbdirdə UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli “Elmin insan inkişafında rolu” mövzusunda elmi məruzə ilə çıxış edib. Professor Y.Həsənli elmin insan inkişafına təsirinin transmissiya mexanizmi və konsepsiyası ilə iştirakçıları tanış edib, elmin insan inkişafında təsiri ilə bağlı statistik göstəriciləri açıqlayıb.Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov UNEC-də “Elm aylığı” çərçivəsində həyata keçirilən silsilə tədbirlər barədə hesabatla çıxış edib. Bildirib ki, UNEC-də elmi fəaliyyətin cəlbediciliyini artırmaq, universitetin professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq, onları cəmiyyətə təqdim etmək məqsədilə oktyabr-noyabr ayları ərzində UNEC-də “Elm aylığı” keçirilib. Bu müddət ərzində universitetdə ölkənin tanınmış elm xadimlərinin də qatıldığı seminarlar, dəyirmi masalar keçirilib, elmi müzakirələr aparılıb. Təhsil ekspertinin və universitetin professorlarının təqdimatında iqtisadiyyat üzrə Nobel mükafatçıları barədə məruzələr dinlənilib. Məruzəçi UNEC-in Zaqatala filialında, UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad kollecində də müvafiq elmi tədbirlərin keçirildiyini də qeyd edib.S.Yaqubov “Təhsil və elmin vəhdəti” mövzusunu əhatə edən və tədbirlər planı çərçivəsində keçirilən ilk TEDx UNEC konfransından danışıb. Bildirib ki, konfransda elm və təhsil sahəsində böyük təcrübəyə malik məruzəçilər mövzu ilə bağlı dəyərli fikirlərini paylaşıblar.Elm aylığı çərçivəsində “Azərbaycanın sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalələrinin müsabiqəsi keçirilib. Müsabiqəyə 10 professor, 17 dosent, 18 müəllim, 14 doktorant və dissertant,  27 magistr, 32 bakalavr  olmaqla, 118 məqalə daxil olub. Elmi məqalələr müsabiqənin müvafiq komissiyası tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilib.  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler