Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ümre ziyaretine ikinci defe gedenler elave ödeniş edecekler

08 Kasım 2016

2:20 pm


08/11/2016 [18:19]: xeber –
Bu qayda Həcc ziyarətinə gedənlərə şamil olunmur.“Səudiyyə Ərəbistanına ikinci dəfə ümrə ziyarətinə gedən zəvvarların 530 dollar əlavə vəsait ödəməsi dövlət tərəfindən rəsmiləşdirilib”.sayt xəbər verir ki, bunu Report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin İşlər müdiri, zəvvarların qrup rəhbəri Həmdulla Babayev deyib.Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu barədə onlara rəsmi məlumat verib: “Yalnız ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə vəsait ödəyəcəklər. Bu qayda Həcc ziyarətinə gedənlərə şamil olunmur”.H.Babayev bildirib ki, hazırda ümrə ziyarəti üçün müraciətlər var və sənəd qəbulu aparılır: “25 nəfərlik qrup düzəldikdən sonra bu ilin ilk ümrə ziyarətçiləri yola salınacaq. Zəvvarlar ümrə üçün bu il 1500-2500 ABŞ dolları ödəyəcəklər. Ötən il bu məbləğ 1200-2300 dollara bərabər idi”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler