Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ümidimiz göyde Allaha, yerde Prezident İlham Əliyeve ve Mehriban Əliyevaya qalıb”

10 Ağustos 2016

5:56 am


10/08/2016 [09:54]: xeber –
Ucar rayonundan bir ailə faciəsi barədə sayt-a məktub daxil olub.Rayonun Qazyan  kənd sakini Cəfərova Könül Zakir qızı məktubunda yazır:”Həyat yoldaşım Qafarov Yaşar Məsid oğlu 17 iyun 2016-cı il tarixdə sərxoş vəziyətdə evimizə od vurub yandırmışdır.Yanğın nəticəsində evimiz içindəki  bütün əşyalarla birlikdə tamam yanaraq kül olmuşdur. Həyat yoldaşım içki düşkünü idi. Bizi tez-tez döyürdü, incidirdi. Hətta bir dəfə ondan boşanmaq üçün məhkəməyə müraciət etmişdim. Bundan sonra gəlb söz verdi ki, bir daha içməyəcək, bizimlə mehriban olacaq. Buna inanıb boşanma ərizəmi geri götürdüm. Bir müddət sonra yenə içib bizi döyməyə başladı. Bacımın evində olan zaman həyat yoldaşım Yaşar evə od vurub yandırdı. Hazırda onu həbs edib barəsində cinayət işi açıblar. Mən də ondan boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət etmişəm. Allah heç bir qadına belə bir əyyaş, yaramaz həyat yoldaşı qismət etməsin. O, əyyaşlığı ilə bir ailəni bədbəxt etdi. İki azyaşlı uşaqlarımla qohumlarımın evində qalırıq. Heç bir maddi imkanımız yoxdur. Övladımın biri 12 yaşlı Vahid şəkər xəstəsidir, buna görə ona 2-ci  qrup əlillik dərəcəsi təyin edilib. Heç bir yerdə işləmirəm, heç bir yerdən köməyimiz yoxdur. Hər iki övladım orta məktəb şagirdləridir. Uşaqların bütün dərs ləvazimatları, paltarları da yanıb ki, məni ən çox narahat edən budur. Azyaşlı qızım Firuzə deyir ki, “ana, narahat olma, Prezident cənab İlham Əliyev və Mehriban xanım Əliyeva ev, paltar alınmasında  bizə köməklik edəcəklər”. Buna görə də göydə Allaha, yerdə də Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya ümüdümüz qalıb. Sizdən başqa heç bir ümidd yerimiz yoxdur. Sizdən çox-çox xahiş edirəm, yalvarıram, çöllərdə qalmış bu iki azyaşlıya rəhm edib evlə təmin olunmağımıza kömək edəsiniz. Mən ərizə ilə də Sizə müraciət etmişəm. Əlaqə telefonu; (051) 488-43-20


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler