Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ümid Partiyasi jurnalistleri tebrik etdi…

21 Temmuz 2016

4:44 pm


21/07/2016 [20:42]: xeber –
Ümid Partiyasının sədri İqbal Ağazadə Milli Mətbuatın 141 illiyi münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib.Təbrikdə deyilir:”Əsası Həsənbəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycanın milli mətbuatının yaranmasından 141 il ötür. Bu müddət ərzində Azərbaycan mətbuatı keşməkeşli bir tarix yaşayıb, ağır sınaqlardan keçib,şərəfli bir missiya daşıyıb.Bütün dövrlərdə jurnalistlər peşə borcunu yerinə yetirərkən dövlətimizin və millətimizin maraqlarını qorumağa çalışmış, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, ölkədə insan haqlarının qorunması və demokratikləşmə uğrunda mübarizədə əvəzsiz rol oynamış, Azərbaycanın imicinin yüksəldilməsi üçün əllərindən gələni etmişlər. Hər zaman bütün çətinliklər qarşısında Azərbaycan jurnalistikasının əzmkarlığının şahidi olmuşuq.Təəssüflər olsun ki, hələ də Azərbaycan mətbuatında problemlər qalmaqdadır. Biz Ümid Partiyası olaraq bu problemlərin aradan qaldırılması, jurnalistlərin normal fəaliyyətinə şərait yaradılması üçün əlimizdən gələni etmişik və edəcəyik. Hesab edirik ki, mətbuatın problemləri dövlət səviyyəsində həll edilməlidir.Bu şərəfli yolda, böyük və yenilməz Azərbaycan uğrunda mübarizədə sizə uğurlar arzu edirik.Tanrı sizə yar olsun!”.Ümid Partiyasının Mətbuat Xidməti




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler