Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ümid Partiyası İqbal Ağazadeni tebrik etdi

17 Eylül 2016

8:56 am


17/09/2016 [12:52]: xeber –
Bu gün, Ümid Partiyasının sədri İqbal Ağazadənin doğum günüdür.Ümid Partiyasının Rəyasət Heyəti və bütün partiya üzvləri İqbal Ağazadəni doğum günü münasibəti ilə təbrik edib. sayt-a daxil olan təbrikdə deyilir:“Hörmətli İqbal bəy!Sizi Doğum Gününüz münasibətilə təbrik edir, şəxsi həyatınızda və siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.Siz müasir Azərbaycan siyasətinin önəmli simalarından birisiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarcasına döyüşmüş tək siyasi lidersiniz. Qarabağ qazisisiniz. Əminik ki, uğrunda canınızı belə əsirgəmədiyiniz xalqımız Sizin illərdir formalaşdırdığınız, israrla təlqin etdiyiniz barış, dostluq, qardaşlıq siyasətini milli siyasət müstəvisinə gətirəcək. Bunu bizə Sizin səmimi, realist düşüncə üzərində yürütdüyünüz,ardıcıl, prinsipial fəaliyyətiniz deyir. Və biz ona da əminik ki, ölkənin demokratikləşməsi, millətin azadlığı uğrunda nəinki görəvini, hətta öz azadlığını belə qurban verən Lider kimi müasir Azərbaycan tarixində həmişəlik qalacaqsınız.Sıralarında minlərlə insanı birləşdirən Böyük Ümid ailəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda, Avropa ailəsinə inteqrasiya xətti yürüdən daha müasir, demokratik və azad Azərbaycan uğurunda müqəddəs mücadilənizdə hər zaman sizinlə birlikdə olacağını bəyan edir.Cənab Sədr!Bir daha Sizi Doğum Gününüz münasibətilə təbrik edir, can sağlığı, uzun ömür, xoşbəxtlik və siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.Təbrik edirik!”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler