Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ümid Partiyası Borçalı Cemiyyetini tebrik etdi

24 Temmuz 2016

10:36 am


24/07/2016 [14:33]: xeber –
Hər il iyul ayının 26-da Borçalı İctimai Cəmiyyəti soydaşlarımızın Gürcüstandakı ata-baba yurdu olan Borçalı mahalında “Elat” Mədəniyyəti Gününütəntənəli şəkildə qeyd edir. Ümid Partiyası 8-ci Elat Bayramı münasibətilə Borçalı Cəmiyyətini təbrik edib. Partiyadan sayt -a daxil olan məlumatda deyilir:”Artıq 8 ildir ki, Azərbaycandan, Türkiyədən, Güney Azərbaycandan ictimai-siyasi simalar, sənət adamları, minlərlə soydaşımız “Borçalı” Cəmiyyətinin səsinə səs verərək bu tədbirə qatılır, birlik mesajları verirlər. “Elat” Mədəniyyəti Günü birlik və görüş məkanına çevrilməkdən əlavə Azərbaycan- Gürcüstan əlaqələrinə, eləcə də Cənubi Qafqazda barışa böyük töhfə verməkdədir. Ümid Partiyası olaraq Cənubi Qafqazda dinc yanaşı yaşama və sülhün Türkiyə, Gürcüstan və Azərbaycanın dostluğuna daha çox bağlı olduğunu nəzərə alaraq bu bayramın məntəqə üçün önəmini yüksək dəyərləndirir, soydaşlarımızı və başda Zəlimxan Məmmədli olmaqla bu mərasimi təşkil edən Borçalı İctimai Cəmiyyətini 8-ci “Elat” Bayramı münasibətilə təbrik edirik.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler