Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ukraynada öldürülen azerbaycanlı telebenin qardaşı: ‘Qardaşımı vehşicesine öldürübler’ – VİDEO

28 Eylül 2016

1:56 pm


28/09/2016 [17:55]: xeber –
“Çox mərifətli, qanacaqlı, ailəcanlı biri idi”Öldürülən tələbənin qardaşı danışdı.Dəhşətli qətlin yeni təfərrüatları üzə çıxdı.Azərbaycanlı tələbə təhsil aldığı Ukraynada qətlə yetirilib. Hadisə sentyabrın 26-da Simferopol şəhərində qeydə alınıb. ARB Şəki xəbər verir ki, Zaqatala rayon Yuxarı Tala kənd sakini 1994-cü il təvəllüdlü 22 yaşlı Məhəmməd Amil oğlu Səfərəliyev naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ukraynada ali təhsil alan Məhəmməd Səfərəliyevin öldürülməsi ilə bağlı yeni məlumatlar da üzə çıxıb. Mərhumun qardaşı Ramin Səfərəliyev bildirib ki, hadisə iki nəfər şəxs tərəfindən törədilib: “Qardaşımı vəhşicəsinə qətlə yetiriblər. Səbəbi bilinmir. İnşallah, cinayətin üstü açılacaq. Qardaşım çox mərifətli, qanacaqlı, ailəcanlı biri idi”. Qətli törədən şəxslərdən biri saxlanılıb, digərinin  tapılaraq,istintaqa təhvil verilməsi  istiqamətində hüquq mühafizə orqanları tərəfindən axtarış əməliyyat tədbirləri həyata keçirilir. Qətlin səbəbi isə hələlik məlum deyil. Yaxınları mərhumun olduqca sakit, tərbiyəli və təhsilə, elmə həvəsli bir gənc olduğunu bildiriblər. Mərhumun meyitinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler