Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ukraynada azerbaycanlılarla ermeniler eyni sengerde çiyin-çiyine döyüşür”

04 Eylül 2016

8:56 pm


05/09/2016 [00:53]: xeber –
Rusiya və Ukrayna arasında silahlı qarşıdurma, daha dəqiq desək, müharibə çoxsaylı sülhməramlı missiyalara və atəşkəslə bağlı müqavilələrin mövcudluğuna baxmayaraq davam edir. Rusiya öz nüfuz və təsir dairəsi, Ukrayna isə öz əraziləri üçün mübarizə aparır.Münaqişənin lap əvvəlindən hər iki tərəfdən əcnəbilərin daxil bir çox könüllü batalyonlar da vuruşub. Donbasdakı anti-terror əməliyyatı (ATO) zamanı Ukrayna qoşunlarının tərkibində vuruşan könüllülərin əksəriyyəti isə ukraynalıların özlərindən ibarət idi. Əvvəlki döyüşçülərin, lap dəqiq desək, onların komandirlərinin çoxu vaxtilə Ukraynanın güc və hüquq-mühafizə orqanlarında- Daxili İşlər, Müdafiə və Milli Təhlükəsizlik nazirliklərində müxtəlif postlar tutmuşdular. Bununla bərabər, könüllülərdən, o cümlədən əcnəbilərdən ibarət müxtəlif qruplar bu gün də qalmaqda və vuruşmaqda davam edirlər. Baxmayaraq ki, son vaxtlara qədər əcnəbilər Ukrayna ordusunun tərkibində rəsmən vuruşa bilməzdilər.Bu cür qruplardan biri də 25-ci “Kiyev Rus” Mexaniki Piyada Batalyonunun tərkibindəki “Gürcü Legionu”dur.Legiona Abxaziyadakı silahlı münaqişənin iştirakçısı Uşanqu Mamulaşvili, daha çox Mamuka Mamulaşvili kimi tanınan döyüşçü rəhbərlik edir.Haqqin.az-ın müxbiri Vahan Martirosyan Mamuka Mamulaşvilidən müsahibə götürüb.Komandan bildirib ki, legionu çoxmillətlidir. Onun sıralarında ruslar və ukraynalılar, ermənilər və azərbaycanlılar eyni səngərdə çiyin-çiyinə döyüşürlər: “Onların arasındakı əlaqələr haqda nə demək olar? Bu insanları bir ideya birləşdirir, onlar eyni ideallara xidmət edirlər, buna görə də bir-birilərini yaxşı başa düşür və necə deyərlər, bir-birilərinin çiyinlərini hiss edirlər. Bu xüsusilə vacibdir, axı onlar öz həyatlarını hər gün riskə atırlar. Onlar dostdular, döyüşçü yoldaşlarıdılar və bölünəsi heç bir şeyləri yoxdur. Bizdə heç vaxt etnik problemi, söhbəti olmayıb və əminəm ki, bundan sonra da olmayacaq”.Komandan Ermənistan-Azərbaycan münaqişəsi barədə də danışıb: “Biz bilirik ki, uzun illərdir Qafqazdakı bütün münaqişələr, düşmənçilik kənardan qızışdırılır, bir ölkəni o birinə qarşı çıxmağa təhrik etməyə çalışırlar. Və təəssüf ki, maraqlı qüvvələr bəzən buna nail olurlar. Separatizm toxumu Gürcüstanda, Ermənistanda və Azərbaycanda da səpilib. Ona görə ki, ölkələrimiz tam müstəqil, həqiqətən suveren dövlətlər olmaq üçün hər şeyi edirdilər. Eyni proseslər bu və ya digər formada Moldovada, bir sözlə, keçmiş Sovet İttifaqının demək olar ki, bütün ölkələrində baş verir”.Bəs bu legion nə vaxt və harada yaranıb, Mamuka Mamulaşvili özü Ukraynaya necə gedib çıxıb? Onlar Ukraynanın gələcəyini, ümumiyyətlə silahlı münaqişələrin həlli yolunu nədə görürlər?Müsahibədə bu digər suallara da cavablar var.Müsahibənin tam mətnini rus dilində bu linkdən («В Украине азербайджанцы и армяне воюют плечом к плечу»)   oxuya bilərsiniz.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler