Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ukraynada Avakov kabusu dolaşır – Ermeni celladın “azerbaycanlı ovu” biznesi…

02 Ekim 2016

8:12 am


02/10/2016 [12:09]: xeber –
Bəyənmədiyimiz Yanukoviç dönəmində strateji müttəfiqimiz hesab etdiyimiz Ukraynada obrazlı desək, qurd quzu ilə otlayırdı. Bu ortam Ukrayndaya yaşan yüz minlərlə soydaşımız üçün də sərfəli idi və onlar rahatca işləyir, həm öz ailələrini dolandırır, həm də Azərbaycana kifayət qədər iri həcmli vəsait göndərirdilər…Amma günlərin bir günü demokratiya zurnaçıları bu sakit Avropa ölkəsini cəhənnəmə döndərdilər və bundan ən çox əziyyət çəkənlər də elə azərbaycanlılar oldu. Səbəbsə Qərbin əlində kuklaya çevrilmiş prezident Poroşşenkonun daxili işlər naziri postunu erməni əslli Arsen Avakova həvalə etməsi oldu. Qanımıza susamış bir millətin təmsilçisi isə hər fürsətdə Ukraynada yaşayan soydaşlarımızın gününü göy əskiyə bükdü. Nəticədə son dövrlər yüzlərlə azərbaycanlı iş adamı oğurlandı, varidatı əlindən alındı, hətta qətlə yetirilənlər də ötən hər gün artmaqda və Azərbaycana bu ölkədən gələn tabutların sayı çoxalmaqdadır…İş o yer çatdı ki, rəsmi Bakı Kiyevə etiraz notasına bərabər bir müraciət göndərərək yaranmış durumdan narahatlıq ifadə edildi. Dünənsə prokurorluq işçilərinin peşə bayramında baş prokuror Zakir Qaralov ukraynalı həmkarının baş verənlərlə bağlı Azərbaycanın narahatlığını bölüşdüyünü və vəziyyəti şəxsi nəzarətinə götürdüyünü bildirdi. Elə dünən ölkə mətbuatında Ukraynada soydaşlarımıza qarşı divan tutulduğunu təsdiqləyən iki xəbər yayıldı. Bunlardan biri qətlə yetirilən Zaqatalanın Yuxarı Tala kənd sakini Məhəmməd Amil oğlu Səfərəliyevin nəşinin Azərbaycana gətirilməsi, digəri isə Ukrayna vətəndaşı olan 39 yaşlı iş adamı Elvar İsgəndərovun, həmçinin, bir müddət əvvəl oğurlanan digər əslən azərbaycanlı iş adamı, 46 yaşlı Sakit Hacıyevin girovluqdan azad edilməsi barədə idi. Qətlə yetirilən tələbə Məhəmməd SəfərəliyevBildirilirdi ki, hər iki iş adamı AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovun yaxın qohumlarıdır. Maraqlıdır ki, yayılan xəbərlərdə həmin şəxslərin necə və nəyin müqabilində girovluqdan azad edildiyi barədə heç bir məlumat verilmirdi. Amma sayt Ukraynadakı mənbələrlə əlaqə saxlayaraq həmin şəxslərin Ukrayna hüquq-mühafizə orqanlarının keçirdiyi hansısa əməliyyat nəticəsində deyil, külli miqdarda pulun qarşılılğında azad edildiyini öyrənib. Bildirilir ki, soydaşlarımızı ən çox narahat edən də əslində elə işin bu tərəfidir ki, son vaxtlar məhz Arsen Avakovun “xidmətləri” nəticəsində insanların oğurlanaraq külli miqdarda pul qarşılığında azd edilməsi artıq Ukraynada ən gəlirli “biznes” növünə çevrilib və bunların başında dayanan da elə Avakovun özüdür. O bu yolla azərbaycanlılardan qisas alır…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler