Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ukraynada 6 qepiye iPhone 7 satılır

19 Ekim 2016

8:56 pm


20/10/2016 [00:53]: xeber –
Ukraynada yerləşən bir mağaza maraqlı bir yeniliyə imza atıb. Şirkət bu yaxınlarda satışa çıxarılacaq iPhone 7 üçün yeni kompaniyaya start verib.sayt technote.az saytına istinadən xəbər verir ki, kompaniyanın devizi də çox maraqlıdır: “1 Qrivnaya (təxminən 6 qəpik) iPhone 7 sahibi olmaq istəyirsən?”Ukraynanın məşhur pərakəndə şirkəti Adını Sim, familyasını Phone olaraq dəyişən və bu dəyişikliyi təstiq edən rəsmi sənədlərlə şirkətə müraciət edən şəxsin kompaniyada iştirak edəcəyini bildirib. Şirkət tələbi yerinə yetirən ilk 5 şəxsin iPhone 7 ilə mükafatlandırılacağını bildirib.Ukrayna qanunlarına görə 16 yaşını tamamlayanlar ad və soyadlarını dəyişmə haqqına sahibdirlər. Ad və soyadı dəyişmək üçün isə sizə ortalama 120 Qrivna (təqribən 7manat) lazımdır. Ad və soyad dəyişmək istəyənlər bunun üçün əlavə 3-6 ay gözləməlidirlər.“Yığışın gedək Ukraynaya iPhone 7 almağa deyirsinizsə”, bildirək ki, bu kompaniyada xarici vətəndaşların iştirak edib-edə bilməyəcəkləri haqda məlumatımız yoxdur. Yəni getmədən əvvəl dəqiqləşdirmək məsləhətdir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler