Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ukrayna-Rusiya nota savasi boyuyur

01 Aralık 2016

7:04 am

– xeber –
Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın rəsmi Kiyevi raket zərbələri ilə təhdid etməsi haqqında informasiyanı təsdiqləyib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Maryana Betsa söyləyib. Betsa Moskvanın indiyə qədər Kiyevə bir neçə nota göndərdiyini bildirib:
“Moskva bütün məktublarında öz suverenliyinin pozulmasından söhbət açır. Notalarda həmçinin sınaqlarımıza cavab veriləcəyi bildirilir. Biz artıq Rusiyaya qarşı nota hazırlamışıq və onu yaxın zamanlarda Rusiyaya göndərəcəyik”.
Qeyd edək ki, Kiyev Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasına yaxın ərazidə raket atışları həyata keçirəcəyini bildirəndən sonra bu, Moskvanın kəskin etirazına səbəb olub. Rəsmi Kiyevin açıqlamasından sonra Rusiya Müdafiə Nazirliyi Ukraynanın Moskvadakı səfirliyinə təhdid məktubu göndərib. Məktubda raket sınaqları keçiriləcəyi təqdirdə Moskvanın Ukrayna ərazilərinə raket zərbələri endirəcəyi bildirilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler