Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ukrayna lideri servetinin deyerini açıqladı -Prezidentlikden evvel qazanmışam

31 Ekim 2016

11:08 am


31/10/2016 [15:06]: xeber –
Ukrayna Prezidenti Petro Poroşenko İMF kreditlərinin davamı və Avropa Birliyinin viza azadlığı üçün vacib bildiyi elektron bəyannamə ilə öz gəlirini açıqlayıb.Poroşenkonun bəyannaməsinə görə, Ukrayna Prezidentinin bank hesabında 26 milyon 300 min dollar, 14 min 300 avro, 540 min qrivna (təxminən 33.180 azn), həyat yoldaşı Marina Poroşenkonun hesabında isə 71 min qrivna (təxminən 4.350 azn) və 9 min avro var.Beynəlxalq Yatırım Bankında 60 min dollar və 900 min qrivna pulu olan Poroşenkonun 2015-ci ildə maaşı 121 min 54 qrivna (54.150 azn) idi.Poroşenko  1,8 milyon manat dəyərində evə, altı əraziyə, həyat yoldaşı isə bağ evi və bir əraziyə sahibdir. “Mercedes – Benz” markalı avtomobili olan Ukrayna lideri “BMW” və “Range Rover” markalı iki avtomobil də icarəyə götürüb. Həyat yoldaşının “Jaguar”, övladlarının isə 3 “Mercedes” markalı maşını var. Bundan başqa, o, e-bəyannamədə özünün və xanımının dəyərli sənət əsərləri, aksesuarlar, daş-qaş və saatlara sahib olduğunu bildirib.Poroşenko sosial şəbəkədəki hesabında bu açıqlamanı verib: “ Sahib olduğum bütün daşınan və daşınmaz əmlakım prezidentliyimdən əvvəl, ictimai vəzifədəki fəaliyyətimdən öncə əldə edilib. Şirkətlər iş dünyasında olduğum dövrdə qurulub”.Onu da qeyd edək ki, Poroşenko Forbes jurnalına görə, 858 milyon dollarlıq sərvəti ilə Ukraynanın ən zəngin adamları siyahısında 6-cı yerdədir.(Gununsesi.info )


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler