Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Uğursuzluqdan xilas olan Azerbaycan, bir güne iki medal  – Rio olimpiadasının 11-ci günü

16 Ağustos 2016

11:08 am


16/08/2016 [15:05]: xeber –
Bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının on ikinci günüdür.  sayt xəbər verir ki, dünən-yarışların on birinci  günü  Azərbaycan idmançıları üçün düşərli olub:75 kq çəkidə mübarizə aparan boksçu Kamran Şahsuvarlı yarımfinala vəsiqə qazanmaqla, ən azı bürünc medalı özü üçün təmin edib. Avqustun 18-də baş tutacaq yarımfinal görüşündə boksçumuzun hansı əyarda medal qazanacağı dəqiqləşəcək. Elvin Məmişzadə (52 kq) isə ilk görüşdə möhtəşəm qələbə qazanmaqla adını 1/4 final mərhələsinə yazdırıb. O, millinin əsas medal ümidlərindən hesab olunur. Dünən rinqə çıxan üçüncü boksçumuz Yana Aleyseyevna 1/4 qarşılaşmasında çinli rəqibinə məğlub olaraq mübarizəni dayandırıb. Üçtəkanla tullanma növündəki təmsiolçimiz Nazim Babayev də ümidləri doğrultmayaraq mübarizəni dayandırıb. O, 48 atlet arasında 25-ci yeri tutduğu üçün həlledici final mərhələsinə vəsiqə qazana bilməyib. Günün ikinci medalı isə super ağır çəkidə (130 kq) mübarizə aparan yunan-roma güləşçisi Sabah Şəriətidən gəldi. O, bürünc medal uğrunda görüşdə alman rəqibinə qalib gələrək, millimizə üçüncü medalı qazandırdı. Çox təəssüf ki, onun komanda yoldaşı Saman Təhmasibi (85 kq) təsəlliverici yarışlarda məğlub olaraq bürünc sevdasından da əl çəkib. Bugün isə  cəmi üç idmançımız mübarizəyə qoşulur. Amma 3 medal qazanmaq şansımız da çoxdur. 66 kq çəkidə mübarizə aparan güləşçi Rəsul Çunayevin medal qazana bilməməsinə az sayda insan inanmır. Boksçu L.Sotomayor (64 kq) 1/4 finalda qələbə qazansa, ən azı bürün medalı özünə təmin etmiş olur.Üçüncü medal ümidi isə, vaxtilə olimpiya çempionu olmuş kanoeçi  İnna Osipenko-Radomskadır.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler