Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Uçan teyyarede qeza yaranmasının – SİRLƏRİ

09 Eylül 2016

2:12 pm


09/09/2016 [18:11]: xeber –
“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda  yazılmamış olsun. Bu, Allah üçün çox asandır!”. “Quran”, 57:22 Xəbər verildiyi kimi, bu gün (9 sentyabr) səhər səhər saatlarında Bakıdan Gəncəyə uçan “Embraer-170” markalı təyyarə havada olarkən  nasazlıq yarandığı üçün, geri qayıdaraq,  Bakı Beynəlxalq aeroportuna qəza enişi etmişdir. Hadisə sərnişinlər arasında təşviş və həyəcana səbəb olmuşdur. Hesablamalarımız göstərir ki, bu hadisə təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü həmişə olduğu kimi, “Quran” rəmzləri olan 114 və 286 ədədləri ilə biruzə verir ki, birinci müqəddəs kitabın surələrinin, ikinci isə səhifələrinin sayı olmaqla, “Quran”ın kodları sayılır. Məsələn:1) Əvvəlcə onu qeyd edim ki, bugünkü qəza 23 mart tarixli Ay tutulmasının 170-ci (!) günü baş verib ki, bu da qəza keçirən təyyarənin üzərində açıq-aşkar həkk olunub: “Embraer-170” (!). 2) Bu gün baş verən təyyarə qəzası özündən əvvəlki qəzalarla zəncirvari əlaqələnir. Xatırladım ki, bu il 18 mayda Azərbaycana məxsus “An-12” təyyarəsi Əfqanıstanda qəzaya uğramış, nəticədə 9 nəfər həyatını itirmişdi. (Həmin tarixdə Paris – Misir reysi ilə uçan “A-320” qəzasında 66 nəfər ölmüşdü.) Bu gün həmin hadisənin 114-cü (!) günü olması diqqətimizi “Quran”a yönəltməklə yanaşı, həm də  bu gün baş verən qəzanın Əfqanıstandakının davamı olduğunu sübut edir.  3) Yadınıza salım ki, bu il yanvarın 24-də London – Hindistan reysi ilə uçan sərnişin təyyarəsi Bakı Beynəlxalq hava limanına qəza enişi etmişdi. Enişin səbəbi isə, sərnişinlərdən birinin ölməsi idi. Təyyarə həmin meyidi Bakıya düşürərək, çıxıb getmişdi.  İlk baxışdan adi görünən bu hadisə əslində (elmi-lədun araşdırma apardıqda) Allahdan bir xəbərdarlıq mesayı olduğu və bu gün baş verən “Embraer-170” qəzası ilə əlaqəli olduğu üzə çıxır. Belə ki, bu gün London – Hindistan reysinin Bakı aeroportuna qəza enişi etməsinin 228-ci günüdür ki, bundan da “Quran”ın kodu olan 114 ədədini çıxsaq, yenə də müqəddəs kitabın rəmzi alınır və fikrimizin doğruluğunu bir daha təsdiq edir:228 – 114 = 114 4) Hesablamalarımız göstərir ki, bu gün baş verən qəza Bakı – Naxçıvan reysində baş verən qəza ilə də əlaqəlidir və onun davamıdır. Belə ki, 13 iyun 2015-ci il tarixdə qeyd etdiyim reyslə uçan “Boeig-757” markalı təyyarə nasazlıq səbəbindən geri qayıdaraq Bakıda qəza enişi etmişdi. Bu gün həmin hadisənin 456-cı günüdür ki, bu da “Quran” rəmzi olan 114 ədədinin dörd mislidir:456 – 114  – 114 – 114 =1145) Xatırladım ki, 29 noyabr 2015-ci il tarixdə Surqutda neft şirkətinə məxsus “AS-350” helikopteri qəzaya uğramış, içərisindəkilər həlak olmuşdular. Bu gün Bakı-Gəncə reysi ilə uçan təyyarədə qəza vəziyyəti yarananda həmin hadisənin 286-cı (!) günü idi ki, bu da “Quran”ın səhifələrinin sayı olmaqla, baş verən qəzaların Allah tərəfindən bir xəbərdarlıq olmasını sübut edir. 6) Bu gün Bakıda baş verən qəza enişi Ay tutulması ilə (170 ədədi ilə) bağlandığı kimi, Günəş tutulması ilə də əlaqələnir. Belə ki, bu gün 24 noyabr 2014-cü il tarixli Günəş tutulmasının 686-cı günüdür ki, bundan da “Quran”ın rəmzlərini çıxanda yenə də müqəddəs kitabın kodu alınır və hadisənin Allah tərəfindən kodlaşdırılmış xəbərdarlıq olmasını bir daha təsdiq edir: 686 – 286 – 114 = 286(Hadisənin başqa məqamları da vardır ki, bu barədə hesablamaları ictimaiyyətə təqdim etməyi məsləhət görmədik.)NƏTİCƏBütün bu hesablamalar o nəticəyə gəlməyə əsas verir ki, Bakı – Gəncə reysi ilə uçan təyyarənin qəza enişi etməsi yonun azmış (zülm etməkdə, günah törətməkdə həddin aşmış) millətimizə əslində Allahdan  növbəti kodlaşdırılmış xəbərdarlıqdır. Əgər vəzifəsindən aslı olmayaraq milətimiz bu xəbərdarlıqlardan düzgün nəticə çıxararlarsa, bir daha bu cür qəzalarla qarşılaşmazlar. Əks halda…“Biz heç kəsə zülm etmək istəmirik, insan zülmü özü (öz əməlləriylə) qazanır”. “Quran”.  “Elə isə onlardan ötrü  tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq. (Qoy hələ bir az da yaşayıb daha çox günah etsinlər. Biz müəyyən müddətdən sonra onların cəzasını verəcəyik).” “Quran”, 19:84 Paşa Yaqub – tədqiqatçı-yazıçıYazarın arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler