Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Üç qız atası olduğuma göre…” – Nazarbayev

Genel 17 Haziran 2016

5:00 pm


17/06/2016 [20:57]: xeber –
Qazaxıstan prezidenti Nursultan Nazarbayev qadınların ölkənin ən yüksək vəzifələrinə seçilə biləcəklərini söyləyib.“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, prezident bu bəyanatı keçirdiyi mətbuat konfransında səsləndirilən “Qazaxıstanın prezidenti qadın ola bilərmi?” sualına cavabında bildirib.“Siz niyə düşünürsünüz ki, Qazaxıstanın prezidenti qadın ola bilməz? Təmamilə ola bilər. Həm də bu cür təlim görmüş qadınlar ölkədə kifayət qədərdir”, – deyə Nazarbayev əlavə edib.Onun sözlərinə görə, parlamentdə deputatların 30 faizi qadınlardan ibarətdir, eləcə də hökumətin tərkibində bir neçə qadın nazir var.Qazaxıstan lideri 3 qız atası olduğunu xatırladaraq qadınlara xüsusi hörmət bəslədiyini deyib.Qeyd edək ki, N. Nazarbayevin böyük qızı Dariqa baş nazirin müavinidir. O, ötən il vitse-spiker və parlamentin alt palatasının deputatı, bir neçə ictimai təşkilatların direktoru olub.Ortancıl qızı – Dinara həyat yoldaşı Timur Kulibayevlə birlikdə Nursultan Nazarbayev adına Milli Təhsil Fonduna rəhbərlik edir.Kiçik qızı- Aliya isə biznesmen Daniyar Həsənovla ailəlidir, tikinti şirkətlərindən birinin idarə heyətinin sədridir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler