Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Üç ölke başçısı energetika ve neqliyyat sahesinde emekdaşlığı güclendirir

08 Ağustos 2016

11:52 am


08/08/2016 [15:50]: xeber –
Azərbaycan, Rusiya və İran energetika və nəqliyyat sahələri də daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı gücləndirməklə bağlı razılığa gəlib.sayt RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda bu gün keçiriləcək üçtərəfli görüşünün yekunlarına dair bəyannamə layihəsində bildirilib.“Tərəflər bərabərlik və qarşılıqlı mənfəət əsasında iqtisadiyyatın müxtəlif sahələrində hərtərəfli əlaqələri gücləndirmək niyyətindədir. Tərəflər investisiyaların təşviqi və müdafiəsi sahəsində regional və beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyətin vacibliyini yenidən dəstəklədiyini təsdiqləyir, investisiya layihələrinin reallaşması və yeni texnologiyaların cəlbində mühüm rola malik olan bank sahəsində əməkdaşlığın yaxşılaşdırılması da daxil olmaqla əlverişli şəraitin qorunmasının zəruriliyini vurğulayır”, – deyə bəyannamə layihəsində qeyd olunub.Bəyannamə layihəsində o da qeyd olunub ki, tərəflər regionda iqtisadi artıma, beynəlxalq enerji təhlükəsizliyinə töhfə vermək üçün regional, eləcə də beynəlxalq energetika və nəqliyyat dəhlizlərinin inkişafı məqsədi ilə hər iki sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir:“Tərəflər regional və beynəlxalq təbii qaz bazarlarının sabit fəaliyyəti üçün Azərbaycan, İran və Rusiyanın töhfəsinin zəruriliyini qeyd edir və gələcəkdə bu sahədə qarşılıqlı fəaliyyətin daha da yaxşılaşdırılmasının, o cümlədən qazın nəqli və tədarükü ilə bağlı texnologiyaların təqdim edilməsinin tərəfdarı olduqlarını bəyan edir. Bununla əlaqədar tərəflər gələcəkdə beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də ikitərəfli və üçtərəfli formatda əməkdaşlıq və qarşılıqlı fəaliyyəti gücləndirmək niyyətindədir”.Qeyd edək ki, Bakıda keçiriləcək sammitdə hər üç ölkənin liderləri bəyannamə layihəsini təsdiqləməlidir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler