Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Üç minden çox cinayetkar qrup…” – Ramil Usubov

02 Temmuz 2016

7:12 am


02/07/2016 [11:08]: xeber –
“Müstəqillik illərində cinayəkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2613 nəfər xəsarət alıb”.Bunu bu gün Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü ilə bağlı keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov söyləyib. R. Usubov deyib ki, 1988-ci ildə Ermənistanın hərbli təcavüzünə qarşı ilk olaraq rəşadətlə döyüşən yeganə nizami qüvvə milis, sonrakı illərdə isə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə DİN-in 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfər yarralanıb. Göstərdiyi şücaət və igidliyə görə 67 nəfər Milli Qəhrəman adına, 1143 nəfər orden və medallara layiq görülüb.Nazir onu da deyib ki, bu gün Azərbaycanda sabitlik və ictimai təhlükəsizlik yüksək səviyyədə qorunur: “Azərbaycan Avropada sabitlik və təhlükəsizliyin qorunması sahəsində fərqlənir”.R. Usubov deyib ki, bu illər ərzində cinayətlərin açılması orta hesabla 88 faiz olub: “Ağır və xüsusi ilə ağır cinayətlər törətmiş 3 mindən çox cinayətkar qrup zərərsizləşdirilib, 15 mindən çox odlu silah yığılaraq təhvil verilib. Qeydə alınan cinayətlərin 88 faizi böyük ictimai təhlükə törətməyib, yalnız 12 faizi ağır və xüsusi ilə ağır cinayətlər olub”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler