Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Üç medalı alsaq da, geriledik – Rio olimpiadasının 13-cü günü

19 Ağustos 2016

9:40 am


19/08/2016 [13:38]: xeber –
Bugün Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının on dördüncü günüdür.  sayt xəbər verir ki, dünən-yarışların on üçüncü günü  Azərbaycan idmançıları daha üç olimpiya medalı əldə edib.75 kq çəki dərəcəsində mübarizə aparan boksçu Kamran Şahsuvarlı yarımfinalda kubalı rəqibinə məğlub olaraq bürünc medalla kifayətlənib. 53 kq çəkidə döyüşən qadın güləşçimiz Nataliya Sinişin ilk görüşündə məğlub olsa da, rəqibinin finala çıxması sayəsində təsəlliverici yarışlara qatılıb. Bu mərhələdə ar-arda iki qələbə qazanmaqla bürünc medal qazanıb. Əksəriyyətin qızıl medal gözlədiyi kanoeçi Valentin Demyanenko finalda ikinci olmaqla sayca dördüncü gümüşümüzə sahiblənib. 200 metr məsafədə olimpiya üçüncüsü olan İnna Osipenko isə 500 metr məsafəyə yarışların final mərhələsində sonuncu olub. Triatlon idman növü üzrə Azərbaycanı təmsil edən Rostislav Pevtsov  təsnifat mərhələsində 39-cü olmaqla olimpiada ilə vidalaşıb. Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler