Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Üç medal alıb, iki pille geriledik  – Rio olimpiadasının on dördüncü günü

20 Ağustos 2016

12:24 pm


20/08/2016 [16:22]: xeber –
Bugün Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının on beşinci günü start götürüb. sayt xəbər verir ki, dünən yarışların on dördüncü  günündə Azərbaycan idmançıları daha üç medal əldə edib. Bir idmançımız isə finala çıxmaqla ən azı gümüş medalı özünə təmin edib.Boks yığmasının üzvü, kubalı legioner Lorenzo Sotomayor (64 kq) yarımfilanda Almaniyanı təmsil edən erməni boksçusuna qalib gəlməklə həlledici görüşə vəsiqə qazanıb. O, finalda Özbəkistan təmsilçisinə qalib gəlməklə olimpiya çempionu adını qazanacaq ilk boksçumuz olacaq.Sərbəst güləş yığmasının iki üzvü Hacı Əliyev və Cəbrayıl Həsənov onlara olan ümidləri tam doğrultmasalar da, vətənə əliboş qayıtmayacaqlar. Hacı Əliyev (57 kq) təsəlliverici yarışlarda ardıcıl qələbələr qazanmaqla bürüncü özünə təmin edə bildi. Cəbrayıl Həsənov isə yarımfinalda məğlub olduğu üçün üçüncülük uğrunda mübarizə aparıb və qalib gəlib.Dünən mübarizəyə başlayan iki taekvandoçumuz da qənaətbəxş nəticə göstərib. Milad Herçeqani (80 kq) çəkidə yarımfinalda məğlub olduğundan qüvvəsini bürünc uğrunda mübarizədə sınayıb. Rəqibinə böyük hesabla qalib gələn Milad bürünc medalı əldə edib.Onun komanda yoldaşı Fəridə Əzizova  (67 kq) mübarizəyə uğurla start versə də,ard-arda iki döyüşdə məğlub olaraq həm final, həm də bürünc şanslarını itirib.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler