Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

TV: evin artıq adamı “ölür”…

23 Eylül 2016
11:44 am


23/09/2016 [15:42]: xeber –
Son illər texnologiyanın sürətli inkişafı və internetin az qala dünyanın ən ucqar kəndlərini belə əhatə etməsi bəşəriyyətə bir çox yeniliklər, xoşbəxtliklər bəxş edib. Amma bununla yanaşı, müasir texnologiyanın əlimizdən aldığı nəsnələr də az deyil. Məsələn, ötən əsrdə insanlar informasiyanı televiziyalardan alırdılarsa, verilişləri televiziyadan izləyirdilərsə, indi bütün bunları kompyuter və planşetlər əvəzləyib. Demək olar ki, əksəriyyət almaq istədiyi məlumatı, izləmək istədiyi verilişləri internet vasitələrindən alırlar. Bir vaxtlar hər kəsin informasiya mənbəyi və elmi vasitə kimi yanaşdığı televizorlar indi əksər evlərin küncündə toz basıb. Bir sözlə, hazırda televizoru açıb, verilişə baxmaq, az qalsın nostalji bir hissə çevrilib. Bu da telekanalların elektron portallara, sosial media və internet televiziyalarına uduzmasının aydın təzahürüdür. Biz də sözügedən mövzunun aktuallığını nəzərə alıb, “Üz-üzə” rubrikamızı yenidən bərpa etdik. Və bu dəfə “evinizdəki televizor sizə xidmət edirmi” sualına dəyərli ziyalılarımızın münasibətini, cavabını öyrəndik.Seyran Səxavət: “Şəxsən mən nəvələrimi televiziya məkanına etibar edə bilmərəm”Yazıçı, şair Seyran Səxavət mövzunu və ya sualı eşidən kimi “Balam, gözlə “Evimdəki televizora” adlı şeir yazmışam” deyib kitabını açıb, şeiri asta-asta ərz eləməyə başladı:Ehtiyatlı olun, televizor!Nə istəyirsən məndən? nə vermisən ala bilmirsən?Əlli ildi kərkinirsən havamı çala bilmirsənAğzın açılanda yalan püskürürYalanın tüstüsündən tamaşaçılar xorla öskürürYediyini gəvşəyinə gətirirsən çoxusu gəlir ağzından.Sarımsaq qoxusu gəlir ağzındanYəqin, səhər-səhər xaş yemisənBu günə qədər nə qədər baş yemisən?Ya da reklamların əmcəyini əmmisənAyıqmısan, dəmmisən?Gözlərimə soxduğun məlum maşın, məlum qatar, məlum at da yalandıHava haqqında verdiyin məlumat da yalandıAdını televizor qoymusanPalançı da ola bilmədinPalançı oğlu, palançıGəzirsən kəndbəkənd, şəhərbəşəhərŞirinçayla soğan yeyirsən səhər-səhərYalançı oğlu, yalançıMənim televizorum..Boş-boşuna rabitəsiz xoş nəsildən, bəd əsildən danışırsanSəhər-səhər uşaqla çörək yediyimiz yerdə babasildən danışırsanMənim televizorum çoxdan qurtarıb sözün, yanacağınBu da sənin qanacağınGörəsən bu yalanlar nə vaxt toxduyar, bitər?Sənin üzün sırtılıb, mənimki səndən betərMən sənə baxa-baxa dörd bir yana dağıldımXiffətim dördbucaq olduMən sənə baxa-baxa sifətim dördbucaq oldu.İnsan cildindən çıxdım, sənə baxa-baxaTifaqımı dağıtdın, evimi yıxdınNə qədər xəşil kimi qaynamaq olarNə qədər çalıb oynamaq olar?Nə qədər hər şeyi tərsinə görmək olar?Nə qədər millətin başına corab hörmək olar?Mənim televizorum elə bil ölkədə yox, kiçik xaşxana kimiKüçədə, tində işləyirMənim televizorum yaman dərdə düşübdü, reytinqə işləyir?Mənim televizorum xalqın nəyi vardısa yedi, qusduBir də tıxdıMəgər sənin reytinqin Azərbaycan xalqının reytinqdən artıqdı?Dəli eləmisən məniHər cür dəliliyə hazıram.Dördbucaq gözün aydın olsunBu şeirimi dəlixanadan yazıram.Rədd edirəm haqsızlığı, zoru adamların gur səsi iləCənab müstəntiq, başıma bir iş gəlsə, həbs edin evimdəki televizoruqəsdən adam öldürmə maddəsi ilə….Bu şeiri 2011-ci ildə yazdığını söyləyən yazıçı qeyd edib ki, televerilişləri izləmək baxımından ailəsində parçalanma var. Hərə bir şeyə baxır: “Yaxşı ki, bizdə iki televizor var. Mənim öz televizorum var. Bu şeiri də elə öz televizoruma yazmışam. Arvad-uşaq baxan televizorun mənə dəxli yoxdur. Orda da parçalanma var. Bəziləri türk kanallarındakı seriallara, bəziləri isə bizim seriallara baxır. Mənim isə Azərbaycan televiziya məkanında baxdığım “İdman Azərbaycan” kanalıdır. Burda futbol üzrə İspaniya birinciliyinə baxıram. Bir də bizim “Mədəniyyət” kanalında keçmiş böyük sənətkarların yubiley gecələrini təkrar göstərirlər. Ona da məmnuniyyətlə baxıram. Hərdən o zalda oturanların içərisində və yaxud da səhnədə özümü də görürəm və bu mənim xoşuma gəlir. Vəssalam, mənim televiziya ilə münasibətim, salam-əleykim bu şəkildədir”.S.Səxavətin sözlərinə görə, televiziya bağça müəlliməsi deyil, biz də uşaq deyilik ki, o bizi tərbiyə eləsin: “O mənada götürəndə burada böyük həqiqət var. Sadəcə olaraq mən “Barselona”nın oyunlarına baxıramsa, bu mənə yüksək zövq verir. Özümü unuduram. Azərbaycanlıların 99 faizi bunu bilmir. Amma ən gözəl istirahət insanın heç olmasa, iki 45 dəqiqə futbol izləyib, iki “taym” özünü unutmasıdır. Bütün dərdi-səri hər şeyi bir kənara qoyub, istirahət edirsən. Futbola baxmaq mənə bunu verib. Bir də ki, keçmişə baxıram. Müəyyən keçmiş sənətkarlarımız, musiqiçilər və xanəndələrimizin yubiley gecələrini təkrar göstərirlər. 20-30 il bundan əvvəl çəkilmiş yubiley gecələrini izləyirəm. O dövrə bir sifətlə baxıram və ləzzət edir. Fikirləşirəm ki, yaxşı ki o dövrü görmüşəm, o dövrü yaşamışam. Bəlkə də televiziya məndən alır, bəlkə də mənə nəsə verir. Bu al-ver münasibətində televizorun mənə daha çox borcu var, nəinki mənim televizora”.Yazıçı nəvələrinin baxdığı verilişlərə də diqqət çəkib: “Allah sənə də övlad qismət eləsin. Nəvələr nə televizor hərləyir, nə də multfilm hərləyir. Hərəsinin əlində bir planşet öz aləmlərindədir. Axtaranda onları öz aləmlərində tapmağın özü də bir müşkülə çevrilib. Onlar planşetlə qorxulu filmlərə baxırlar. Rusca “film ujas” deyirlər, ona baxırlar. Sonra bəzi oyunlar var. Planşetdə onu oynayırlar. Məsələn, mənim bir nəvəm var. İkinci sinifdə oxuyur. Qapını açır, ayaqları və əlləri ilə qapının çərçivəsi ilə düz yuxarıya qədər qalxa bilir. Bu mənlik deyil. Mən ona yüz dəfə də baxsam, edə bilmərəm. Uşaq onu planşetdə baxdığı filmlərdən öyrənib. Bu da nəticə. Görürsən, balaca bir ailədə nə qədər parçalanma var? (gülür) Bunun hamısı televiziyanın xidmətləridir”.11 nəvə sahibi olduğunu söyləyən S.Səxavət bildirib ki, onların da hərəsi bir zurna, hər zurnada da gündə yüz hava çalırlar: “Gah deyirlər polis olacağıq, gah deyirlər güləşçi olacağıq, gah deyirlər boksçu olacağıq. Biri deyir bəstəkar olacam. Hərəsi bir söz deyir. Bu saat mən böyüklərin dediyinə fikir vermirəm, o ki qaldı balaca uşaqların dediklərinə…Ölkədə teletamaşaçıların səviyyəsinə gəlincə, müsahibimiz bunu dahi Nizami Gəncəvinin bir hikmətli cümləsi ilə izah etdi: “Nizami Gəncəvidə yaxşı bir deyim var: Götürən də peşimandı, götürməyən də peşimandı”. Mənim şeirimdə Azərbaycan televiziya məkanına münasibətim ortadadır. Şəxsən mən nəvələrimi televiziya məkanına etibar eləmərəm. Heç vaxt etibar eləmərəm. Çünki səviyyə yoxdur. Lazım olsa, bu fikirlərimlə bağlı istənilən debata gedə bilərəm. Kimlə istəsəniz müzakirələr apara bilərəm. Səviyyə aşağıdır demirəm, ümumiyyətlə, səviyyə yoxdur. Məşhur filmdə deyildiyi kimi, nə qədər çalıb-oynamaq olar? Nə qədər mənasız verilişlər, mənasız informasiyalar vermək olar? Təbii ki, onların içərisində yaxşı verilişlər deyə bilmərəm, lazımi informasiyalar da gedir. XXI əsrin əvvəlidir. Əsrin əvvəlinə həmişə səhər çağına kimi baxmışam. Çünki səhər-səhər adamın başı yaxşı işləməlidir axı. Biz əsrin əvvəlində bu cür verilişlər veririksə, bəs əsrin ortasında və axırında neyləyəcəyik? Qocalacağıq? Belimiz qırılacaq? O mənada son dərəcə narazıyam. Televiziyaya baxanda ürəyim bulanır. Ancaq futbola baxıram. Bir də keçmişdə keçilmiş yubiley gecələrini izləyirəm. Orda həyatda görə bilmədiyim dostlarımı görürəm. Belə-belə başımı qatıram. Başımı girləyirəm. Buna da deyirlər tamaşaçı başını girləyir. Xahiş edirəm, özünüzü televiziyadan gözləyin”.Fazil Mustafa: “Əksər insanlar üçün televiziya vaxt öldürmə yeridir”Millət vəkili Fazil Mustafa isə deyib ki, ailəsində televiziyadan daha çox informasiya almaq üçün istifadə olunur:”Çünki televiziya informasiyanı çevik qəbul etmə və vaxt itkisinin qarşısnı alma instinkti yaradır. Birinci önəmli olan məsələ budur. İkincisi, müxtəlif sənədli, elmi xarakterli verilişlərdən, debatlardan və mübahisələrdən müəyyən bilgilər əldə etmək olur. Bu müsbət haldır. Üçüncüsü isə insanın emosional xarakterinə uyğun olaraq seçdiyi verilişlərdən və müəyyən tərbiyəvi, əxlaqlı mesajlar alması mümkündür. Amma əksər insanlar üçün televiziya vaxt öldürmə yeridir. Müəyyən insanlar üçün isə texnologiyanın bu vasitəsindən istifadə etmək lazımi səviyyədə bilik toplamaq və dünya görüşünü artırmaq deməkdir”.Millət vəkili övladlarının televiziya verilişləri seçməsini yaş dövrünə uyğunluqla əlaqələndirib: “Ailədə uşaqlar yaş dövrünə uyğun olaraq parçalanırlar. Azyaşlılar daha çox “multik”ə baxırlar. Böyüklər isə serialları izləyirlər. Bir də daha çox idmana və elmi populist verilişlərə üstünlük verilir. Sözsüz ki, xəbərləri də dinləyirik. Televiziya vasitəsilə alınan xəbərlər yorucu olmur. İnternetdən xəbərləri özün seçməli olursan. Televiziyada isə özləri seçib təqdim edir. Həmin xəbərlər də həzmə rahat gedir. Təbii ki, televiziyanın öz yeri, internetin də öz yeri var. Müəyyən məlumatları qəbul etmə baxımından internetin informasiya çevikliyi daha yüksəkdir. Televiziya isə gün ərzində xəbəri hazırlayıb verir. Bəzən o xəbər gecikmiş olur. Amma onun təqdimatı insanlarda rahat həzm olunur. Bundan söhbət gedir. Televiziya daha izahedici vasitə kimi sayılır. Elə təsəvvür edin ki, saytda gedən məlumatı oxucunun özü həzm edir. Telekanalda isə aparıcı xəbəri yedizdirir. Fərq budur. Ya da daha tənbəl insanlar üçün televiziya daha əlverişlidir”.Millət vəkili onu da əlavə edib ki, Azərbaycanda intellektual izləyicilər daha çox Rusiya və Türkiyə verilişlərinə baxırlar: “Azərbaycan televiziyasına çox maraq göstərmirlər. Azərbaycan teleməkanında bir az nostalji verilişlər maraqlı olurdu. Bir də ANS mövcud olanda müəyyən debatların olması, hər halda daha maraqlı idi. İndiki şərtlərdə tamaşaçılar Rusiya və Türkiyə kanallarında yayımlanan debatlara, elmi populyar verilişlərə üstünlük verirlər. Əlbəttə, bunun da cəmiyyətə, insanlara təsiri olur. Bunlar insanın dünya görüşünə az da olsa yaxşı nələrsə əlavə edir”. Ayyət Əhməd


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, Asgari ücret zammı için milyonlarca işçi, bugün yapılan Asgari Ücret Tespit Komisyonu Toplantısı'na gözünü dikti. Bilindiği üzere geçtiğimiz günlerde Asgari Ücret Tespit Komisyonu üç kere toplanmış ancak bu toplantılardan asgari ücret zammına ilişkin karar çıkmamıştı. Bugün yapılan dördüncü toplantı saat 14:00'da başladı. Türk-İş ise asgari ücret zammına ilişkin "bin 893 lira 90 kuruş olmalı" ifadelerini kullanmıştı. Ve merakla beklenen 2018 asgari ücret zammı belli oldu. İşte detaylar. 1404 lira olan asgari ücretin, ortalama yüzde 12 enflasyon dikkate alınarak zam yapılması halinde brüt bin 990 lira, net 1 572 lira olması tahminler arasında yer alıyor. Böyle bir sonuçta, bekar bir işçi için Asgari Geçim İndirimi'nin de (AGİ) 149 lira olması söz konusu. Türkiye Cumhuriyet Merkez Bankası (TCMB), kredi kartı işlemlerinde 2018 yılı ilk çeyreğinde uygulanacak azami faiz oranlarına ilişkin açıklama yayımladı. Açıklamaya göre 2018 yılı ilk çeyreğinde kredi kartı işlemlerinde uygulanacak azami faiz oranlarında değişiklik yapılmadı. 1 milyon 157 bin m2’lik büyüklüğü ve değeri ile uzun yıllar sürekli gündeme gelen ve geçtiğimiz yaz ihalesi yapılarak satılan Galatasaray Sportif AŞ.’nin arazisinin ardından fiyatların artışa geçtiği Riva bölgesinde İstanbul’un en büyük arazisi sessiz sedasız satışa çıktı. 4 milyon m2’lik büyüklüğü ile Galatasaray'ın Riva arazisinin 4 katı büyüklüğündeki arazi için istenen rakam da dudak uçuklatacak seviyelerde. İsmi verilmeyen gizemli bir iş adamına ait olduğu öğrenilen arazi için 3 milyar liranın üzerinde bir rakam telaffuz ediliyor. Arazinin büyüklüğü kıyaslama yapıldığında ise İstanbul’un en küçük ilçesi olarak bilinen Güngören’in yarısına denk geliyor. VAKTİ ZAMANINDA 100 BİN TL’YE ALINMIŞTI Galatasaray’ın eski başkanlarından Selahattin Beyazıt’ın 1971 yılında 100 bin lira karşılığında aldığı Riva arazisi 15 Haziran tarihinde satılmıştı. 1 milyon 157 bin m2’lik arazinin ihalesini en yüksek teklifi veren Fema İnşaat ve KLV İnşaat ortaklığı 3.1 milyar liralık teklifle kazanmış, ancak ihale sonrası C¸evre ve S¸ehircilik Bakanlığı’nın imar değişikliğine gitmesiyle 50 bin metrekarelik pazarlanabilir alan kaybı yaşanınca ihaleyi kazanan ortaklık grubu ihaleden çekilmişti. BİNE YAKIN VİLLA YAPILACAK İhaleyi ikinci sırada tamamlayan ve Yılmaz İnşaat Taahhüt ve Ticaret AŞ'nin teklifi ise 3 milyar 808 milyon lira toplam gelir ve 952 milyon lira şirket payı olmuştu. İhalenin kesinleşmesi sonrası bölge için düşünülen projeler konuşulurken, Galatasaray Başkanı Dursun Özbek, Emlak Konut’la üzerinde anlaştıkları Riva projesinde 950 villa yapılacağını açıklamıştı. EKOLOJİK KÖY GELİYOR Emlak Konut’un Riva ihalesi kapsamında inşa edilecek projesi ekolojik ve sürdürülebilir mimari yaklaşımıyla tasarlandı. EKO-KÖY projesinin toplam konut alanı 869 bin 522 metrekare olduğu belirtilirken, projede 206 bin 497 metrekare özel orman alanı bulunuyor. Emlak Konut Eko-Köy projesi için köy ve doğa yaşantısının bu projede hayat bulması için ihale şartnamesine belirli maddeler ekleyecek. İnşaatın 2018'de başlaması ve 3 yıl sürmesi bekleniyor. BÖLGEYİ HAREKETLENDİRDİ Galatasaray Sportiv A.Ş.’nin arazisinin satışı ve gündeme gelen proje bölgeyi de hareketlendirdi. Söz konusu arazinin satışı sonrası araziye yakın konumdaki arsaların fiyatlarında da ciddi artışlar meydana geldi. 3.Köprü ile hali hazırda değerine değer katan bölgede arsa m2’leri de 350-400 dolar seviyelerine kadar yükseldi. 3 MİLYAR 100 MİLYON TL Bölgede yaşanan değer artışlarının yanı sıra satışa çıkartılan bir arazisinin büyüklüğü ve fiyatı da dikkat çekiyor. 4 milyon m2 olarak satışa çıkartılan arazisi yakın tarihte İstanbul’da satışa çıkartılmış m2 olarak en büyük arazi olarak biliniyor. Arazinin büyüklüğü kıyaslama yapıldığında daha net ortaya çıkıyor. 4 bin dönümlük arazi 7,17 km2’lik İstanbul’un Güngören ilçesinin yarısı kadar. Değeri ve fiyatı ile uzun yıllar sürekli gündeme gelen Galatasaray'ın 1 milyon 157 bin m2’lik arazisinin 4 katı büyüklüğündeki arazinin satışı için istenen rakam da astronomik seviyelerde. 4 bin dönüm arazisinin satışı için 800 milyon dolar yani yaklaşık 3 milyar 100 milyon TL, eski para ile ise 3 kat trilyon isteniyor. Merkez Bankası’ndan yapılan duyuruda, “Kredi kartı işlemlerinde uygulanacak azami faiz oranlarında değişiklik yapılmamıştır. Bankalar, diğer ülkelerde olduğu gibi, kredi kartı faiz oranlarını bireysel kredi faizlerine göre daha yüksek belirlemektedir. Bu nedenle, kısa vadeli kredi gereksinimi olan kredi kartı sahiplerinin bu gereksinimlerini kredi kartları yerine tüketici kredileri yoluyla karşılamaları menfaatlerine olacaktır” ifadeleri kullanıldı Milyonlarca işçiyi yakından ilgilendiren ve heyecanla beklenen 2018 asgari ücret zam oranı için yapılan görüşme sona erdi. Toplantının ardından Çalışma ve Sosyal Güvenlik Bakanı Jülide Sarıeroğlu, 2018 asgari ücret zammını açıkladı. Buna göre 2018 asgari ücret brüt olarak 2 bin 29 TL net olarak bin 603 TL olarak açıklandı.günün ilk yarısında yüzde Afet ve Acil Durum Yüksek Kurulu, Başbakan Yardımcısı Recep Akdağ'ın başkanlığında Afet ve Acil Durum Yönetimi Başkanlığında (AFAD) toplandı. Akdağ, toplantının açılış konuşmasında AFAD'ın afet ve acil durumlar ile sivil savunmaya ilişkin hizmetlerin ülke düzeyinde etkin bir biçimde yerine getirilmesi için kurulduğunu hatırlattı. Türkiye'nin 1999'daki büyük depremler sırasında çok büyük acılar yaşadığını anımsatan Akdağ, "Bu acılara sebep olan depremler sırasında organizasyon, etkin müdahale, hazırlık açısından Türkiye eksiklerini de görmüş oldu. Dolayısıyla hükümetimiz, o dönemde belli kurumları bir araya getirerek Başbakanlığın çatısı altında topladı." diye konuştu. Afet ve acil durumla ilgili olarak birçok bakanlığın ve kurumun görevleri olduğunu ifade eden Akdağ, bu görevlerin bir uyum ve ahenk içerisinde yürütülmesi gerektiği için bu nedenle Yüksek Kurul'un tesis edildiğini dile getirdi. Yüksek Kurul'un yılda en az iki kez toplandığını belirten Akdağ, bu yılın ikinci toplantısını gerçekleştirdiklerine işaret etti. Recep Akdağ, Yüksek Kurulu 2018 yılında biraz daha sık aralarla toplama ihtiyacı olacağını ifade ederek "Çünkü bu organizasyonun, bu kurul yapısının özellikle afetlere hazırlanmak, riski azaltmak konusunda çok daha farklı bir hamleyi bu yıl içerisinde, yani 2018 yılı içerisinde yerine getireceğini düşünüyorum. Dolayısıyla 2018 yılı içerisinde biraz daha sık toplantılarımız olacak." dedi.0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler