Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

TV aparıcılarından 8-i işden çıxarıldı – Kök olduqları üçün

18 Ağustos 2016

7:28 am


18/08/2016 [11:24]: xeber –
Misirin dövlət televiziyası səkkiz qadın aparıcısını işdən uzaqlaşdırıb və onlara pəhriz saxlamağı tapşırıb. Hadisə qadın haqları qruplarının qəzəbinə səbəb olub. Misir Radio Televiziya İttifaqı (ERTU) qadınlara yenidən efirə çıxmazdan əvvəl arıqlamaq üçün bir ay vaxt verib, Al-Yawm al-Sabi saytı xəbər verir. ERTU-nun qadın direktoru olan Safaa Heqazi özü əvvəllər TV aparıcısı olub. Qərar qadın aparıcıları arasında narazılıq yaradıb. Misirin Kanal 2-də aparıcı olan Xədicə Xəttab qəzetə bildirib ki, insanlar onun ən son verilişlərinə baxsınlar və özləri qərar versinlər ki, o “kökdür” və işdən çıxarılmağa layiqdirmi. Digər aparıcı bildirib ki, belə vəzyyət onların ailələrini məyus edib və problemi şirkət daxilində həll etmək olardı. Qərar “dəyişməyəcək” Qadın Məsləhət və Hüquq Maarifçiliyi Mərkəzi addımı pisləyib və bildirib ki, qərar “konstitusiyanın pozulmasıdır” və qadınlara qarşı zorakılıq halıdır. Tənqidlərə baxmayaraq, ERTU Veto xəbər saytına bildirib ki, qərar dəyişməyəcək. Misir media şərhçiləri addımın nə qədər doğru olmasını müzakirə edirlər. Dövlətə məxsus Al-Ahram qəzetinin jurnalisti Fatma əl-Şaraviyə görə bu siyasət yerli TV stansiyalarında həyata keçirilməlidir. Lakin yazıçı və akademik Vahid Abdul Məcid hesab edir ki, kanal diqqəti aparıcıların görünüşünə deyil, verilişlərinin keyifiyyətinə yönəltməlidir. (BBC)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler