Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Tut ağacı” mahnısının müellifi “O ses Türkiye” münfislerine ETİRAZ ETDİ

05 Kasım 2016

11:44 am


05/11/2016 [15:43]: xeber –
Dünən  Türkiyənin məşhur “O səs Türkiyə” musiqi yarışmasında duet oxuyan ifaçılar Azərbaycan bəstəkarı Aygün Səmədzadənin “Tut ağacı” mahnısını səsləndiriblər. Azərbaycan bəstəkar mahnısının səslənməsi nə qədər xoş hadisə olsa da, “Tut ağacı” kimi məşhur əsərin anonim göstərilməsi də, bir o qədər qəbuledilməzdir. Üstəlik, “Tut ağacı” mahnısı məşhur “Tut ağacı boyunca” xalq mahnımızla qarışdırılıb.Mahnının müəllifi, bəstəkar Aygün Səmədzadə sayta açıqlamasında mahnının “anonim” təqdimatını və ondan sonrakı diskussiyaları qəbul etmədiyini bildirib:“Mahnının səslənməsi xoş, ona olan münasibət isə mənfi hadisə oldu.  Həm “anonim” deyilməsi, həm də mahnıdan sonrakı diskussiyalar, mövzudan kənara çıxmalar bəyəniləcək bir şey deyildi. İfadan sonra mahnı və ifa barəsində daha yaxşı danışıla bilərdi. İndi hər məlumatın bir neçə saniyə ərzində öyrənilə biləcəyi bir zamanda, belə məlumatsızlıq və diqqətsizlik heç də normal hal deyil”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler