Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Tusinin qiymetli cihazları uşaq oyuncağı olmuşdu” – AÇILAQMA

21 Ekim 2016

12:12 pm


21/10/2016 [16:11]: xeber –
Şərqşünas alim, filologiya elmləri doktoru Sənan İbrahimov sayt saytına açıqlamasında orta əsrlər Azərbaycana tarixinə aid dəyərli eksponatların hazırda xarici ölkə muzeylərində olmasının mədəni baxımdan vurduğu ziyandan danışıb. Onun sözlərinə görə, bu gün Hülakülər,  Ağqoyunlular, əsasən də Səfəvilər dövlətinə aid elə nadir əlyazma və tarixi əşyalar dünya muzeylərində qorunur ki, bizim onlardan xəbərimiz yoxdur:“Sankt-Peterburqda Saltıkov–Şedrin adına kitabxanada Azərbaycana aid nə qədər dəyərli sənədlər var. Bundan əlavə Avropa və Asiyanın bir çox ölkələrində-Fransa, Almaniya, Çexiya, Polşa,  Rusiya, Türkiyə, İran, Hindistan, Pakistanda Azərbaycan tarixinə aid dəyərli eksponatlar, tarixi əşyalar var. Həmin tarixi dəlillərin bu gün bizdə olmaması mədəni irsimiz üçün ağır zərbədir. Tariximiz çox zəngindir, amma təəssüflər olsun ki, xarici ölkə muzeylərini bəzəməkdədir. XX əsrin əvvəllərində  yaşayan bir alim deyirdi ki, biz kiçik yaşda qonşu uşaqlarla Marağada qəribə qablarla, qutularla oynayırdıq. Elə bilirdik ki, onlar lazımsız əşyalardı. Sonra elmi iş üçün Rusiya Dövlət Ermitajına getdim, gördüm ki, vaxtilə bizim Marağada oyuncaq bilib oynadığımız qutular burada qiymətli əşya kimi saxlanılır. Sən demə, həmin “lazımsız” əşyalar böyük alim Nəsirəddin Tusinin rəhbərliyi ilə Marağa rəsədxanasında hazırlanan və elmi məqsədlə istifadə edilən xüsusi ölçmə cihazları olub”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler