Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Turqut Özalın sirli ölümünde -Fetullah Gülen izi

09 Ağustos 2016

10:36 am


09/08/2016 [14:35]: xeber –
“Atamın öldürülməsində FETÖ ilə bağlı şübhələrim var. Bu məsələnin araşdırılmasını istəyirəm”.sayt xəbər verir ki, bu barədə Türkiyənin 8-ci prezidenti Turqut Özalın oğlu Ahmet Özal deyib. Onun sözlərinə görə, Özalın məzarı açılandan sonra tibbi ekspertiza aparan Ədliyyə Tibbi Ekspertizanın rəhbərinin Fətullah Gülənlə əlaqələri ortaya çıxdı: “Tibbi ekspertiza aparan heyət də təhdid olunmuşdu”.  A.Özal qeyd edib ki, atası rəhmətə gedən gün Mühafizə Alayının iki həkimi yaxınlıqda olduqlarına baxmayaraq, vaxtında gəlməyiblər: “Burada bir qarışıqlıq var və araşdırılmalıdır. Əvvəlcə zəhərləndiyini dedilər, daha sonra susdular”. A.Özal Fətullah Gülənin atasına qarşı ağır ifadələr işlətdiyini də bildirib. “Fətullah Gülən 1991-ci ildə “Sızıntı” jurnalında yazdığı bir yazıda atam haqqında çox ağır ifadələr işlətmişdi. Səbəb atamın onların dediklərin yerinə yetirməməsi idi. Atam Fətullah Gülənin təhlükəli adam olduğunu bildirirdi. Deyirdi ki, bunlar təkcə Türkiyəyə yox, bütün dünya üçün təhlükəlidir. Atamın zəhərlənməsində FETÖ ilə bağlı şübhələrim var və bu məsələ mütləq araşdırılmalıdır”, – deyə o bildirib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler