Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkologiya” jurnalının ikinci sayında neler var?

28 Ekim 2016

10:48 am


28/10/2016 [14:44]: xeber –
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin
beynəlxalq elmi jurnalı olan “Türkologiya” jurnalının ikinci sayı işıq üzü
görüb.

 

Jurnalın “Türkoloji irs” bölməsində tanınmış dilçi,
türkoloq, akademik Andrey Nikolaeviç Kononovun “V.V.Radlov və milli
türkologiya” məqaləsi (rus dilində), “Dilçilik” bölməsində Berlin Azad
Universitetinin türkologiya departamentinin professoru Elizabetta Raqaqninin
“Azərbaycan dilində monqol alınma sözləri: areal baxış” (ingilis dilində), “Ədəbiyyat
və folklor” bölməsində Nüşabə Araslının 
“Orta əsrlər türk şeirində Nizamidən iqtibaslar”, “Fəlsəfə və tarix”
bölməsində fəlsəfə doktoru Qaliya Kurmanqaliyevanın (Qazaxıstan) “Əl-Fərabi fəlsəfəsi
mədəniyyətlət dialoqunun fenomeni kimi” məqaləsi (rus dilində), “Yazılı abidələr”
bölməsində filologiya elmləri namizədi Oleq Rüstəmovun (Türkiyə) “XVII-XVIII əsrlərə
aid şəriət məhkəmələrinin məhkəmə reyestrinin materiallarında Krım xanlığı əhalisinin
zümrə titullarının, rütbələrinin eyniləşdirilməsində linqvistik elementlər”
(rus dilində), “Türkoloji qurultay-90” bölməsində professor Buludxan Xəlilovun
“Birinci Türkoloji Qurultayın iştirakçıları: qırğız türkoloqu Qasım Tınıstanov”
məqaləsi, “Henrix Fridrix Fon Dits və Kitabi-Dədə Qorqud-200” bölməsində
professor Osman Fikri Sərtqayanın (Türkiyə) “Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsində
latınca, ərəbcə, farsca, türkcə mətndənkənar qeydlər” məqaləsi (türk dilində),
“Türkoloji mərkəzlər” bölməsində professor Əhməd Bican Ercilasunun (Türkiyə)
“Sibir və Qafqazda türkoloji araşdırmalar” məqaləsi (türk dilində),
“Rezenziyalar” bölməsində tarix elmləri doktoru Aleksandr Nesterovun (Rusiya)
“E. Çingizoğlu, M.Qacar, Qacar dövrünün (1794-1925) diplomatları”, Elçin
İbrahimovun “Çengiz Ayyılmaz. Qobustanın sirri. (Qıpçaklara gedən yol)” məqaləsi
(türk dilində) dərc edilib.

 

Jurnalın “Personalia” bölməsində Abdulla Tukay, Ninel
Hacıyeva, Oljas Süleymanov, Əbülfəz Rəcəbli, Məsud Mahmudov haqqında yazılar
işıq üzü görüb.

 

“Türkologiya” jurnalı 1970-ci ildən nəşr olunur.

 

Hazırda jurnal ildə 4 dəfə işıq üzü görür.

 

Jurnalın hazırkı baş redaktoru akademik Kamal Abdulladır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler