Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkmenler meselesinde her şeyi Türkiyenin üzerine atmaq mesuliyyetden qaçmaqdır”

16 Eylül 2016

9:12 am


16/09/2016 [13:11]: xeber –
Türkiyənin Suriyaya hərbi
müdaxiləsindən sonra bu ölkədəki türkmənlərin birmənalı şəkildə nicat tapacağı
gözlənilsə də , bu gözləntilər hələ ki, özünü doğrultmuş deyil. Belə ki, Türkiyənin
dəstəyinə baxmayaraq bu gün də Suriyadakı türkmənlər həm İŞİD və YPG, həm
Suriya ordusu, həm də Rusiyanın hərbi təzyiqlərinə məruz qalmaqdadır.

Maraqlıdır, Türkiyənin
Suriyaya hərbi müdaxiləsi türkmənlərin yaşamı və təhlükəsizliyi baxımından nə dərəcədə
əhəmiyyətli oldu? Bu müdaxilə türkmənlərə konkret olaraq nə verdi?

sayt-a açıqlama
verən siyasi şərhçi Aqil Səmədbəyli Türkiyənin türk-islam dünyasında kifayət qədər
aktiv rol oynadığını, müsəlman aləminə əlindən gəldiyi qədər dəstək verdiyini
vurğuladı:

“Türkiyənin Suriyaya hərbi
müdaxiləsi Siriyanın ərazi bütövlüyünü təmin etmək, suriyalıların və Türkiyənin
təhlükəsizliyini təminat altına almaq məqsədi ilə edilib. Türkiyə hal-hazırda
çox riskli bir dönəmdən keçir. Buna bir növ Türkiyənin müstəqillik savaşı da
demək mümkündür. Məsələnin dərinliyini bilənlər işin ciddiliyinin fərqindədirlər.
Təəssüf ki, hər şeyi çılpaqlığı ilə demək-yazmaq olmur.

Türkiyə Suriyada yaşayan
türkmənlərə imklanı daxilində yardım edir. Türkiyə dünyanın bir çox bölgəsində yardıma
möhtac müsəlmanlara yardım edir. Bu istiqamətdə Türkiyədən daha çox Azərbaycan
və digər türk cümhuriyyətlərinin mövqeyi araşdırılmalıdır.

Suriya və İraqda yaşayan
türklər Türkiyəyə nə qədər yaxındırsa, Azərbaycana və digər türk dövlətlərinə də
ən az o qədər yaxındır. Bəs biz Suriya və İraq türkləri üçün nə etmişik?
Onların təhlükəsizliyinin təmin edilməsi üçün hansı addımları atmışıq? Onlara nə
qədər yardım etmişik? Burada hər şeyi Türkiyənin üzərinə atmaq məsuliyyətdən qaçmaqdan
başqa bir şey deyil. Bizim Türkiyəyə indiki dönəmdə daha çox dəstək olmamız
vacibdir, həm də bütün məsələlərdə!”

 

Seymur Əliyev

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler