Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyenin yeni Suriya planı – Beşer Əsed müveqqeti qalır

26 Ağustos 2016

5:44 am


26/08/2016 [09:43]: xeber –
Türkiyə ordusu Suriya ərazisində hərbi əməliyyatları davam etdirir. “Fırat qalxanı” adı verilən əməliyyat avqustun 24-də  saat 4-də başlayıb, Türkiyə ordusunun  zirehli texnikası sərhədi keçərək Suriyanın Cerablus şəhərinin və ətraf bölgələrin azad edilməsi əməliyyatına başlayıb.Azad Suriya Ordusu və digər müttəfiq hərbi qrupların dəstək verdiyi əməliyyatın ilk günü 4 kənd İŞİD-dən azad edilib. Son məlumatlara görə, hazırda Türkiyə ordusu və müttəfiqlərlə birlikdə Cerablusu İŞİD-dən təmizləmək üçün əməliyyata başlayıb. Daxili işlər naziri Afqan Ala əməliyyatların İŞİD və PYD terroru təhdidi aradan qalxana qədər davam edəcəyini bildirib. Ancaq gözlənildiyi kimi, Dəməşq hökuməti Türkiyə ordusunun müdaxiləsinə sərt etiraz edib, ərazi bütövlüyünün pozulması adlandırıb.Türkiyənin Suriya ərazilərinə hərbi müdaxilə planı hələ 2012-ci ildə gündəmə gəlib. O zaman Türkiyə hakimiyyəti artan qaçqın ordusunu yerləşdirmək, sərhədləri mühafizə altına almaq üçün Suriya ərazisində “tampon bölgə” planını gündəmə gətirmişdi. Plana əsasən, Türkiyə ordusu Suriya ərazisinə daxil olub azad edilmiş bölgə yaradacaq və burda qaçqın düşərgəsi təşkil olunacaqdır. Bununla da həm Suriya ərazisində təhlükəsizlik zonası yaratmaq, həm də qaçqın problemini həll etmək olacaqdı. Ancaq bu plan Türkiyənin müttəfiqlərinin dəstəyini almadı, NATO və ABŞ Türkiyəyə Suriya girmək üçün yardım etmədilər.İndi isə Türkiyə görünən odur ki, təkcə ABŞ-la deyil,  Rusiya hakimiyyəti ilə anlaşma ilə Suriya ərazisində hərbi əməliyyatlar həyata keçirir. Ankaranın əsas hədəfi Suriya ilə sərhəd ərazilərini nəzarətə götürmək, terrorçu qrupların (İŞİD, PYD) sərhəddən çıxarmaq, eyni zamanda, kürdlərin bölgədə möhkəmlənməsinin qarşısını almaqdır. Görünən həm də odur ki, Ankaranın bu planına Moskva da razılıq verib, çünki daha əvvəl təyyarə böhranı zamanı Suriyada S-400 hava hücumundan müdafiə sistemləri yerləşdirən Rusiya Türkiyə hərbi hava qüvvələrinin Suriya ərazisinə daxil olmasının qarşısını faktiki olaraq almışdı. Ancaq indi vəziyyət dəyişib. Türkiyə qırıcıları və tankları sərhədi keçərək Suriya ərazisinə daxil olub. Moskvanın bunun müqabilində Ankaradan nə istədiyi və bu razılaşmanın qarşılığında nəyi aldığı hələlik bəlli deyil. Çünki məsələ ondadır ki, Rusiya və onun regional müttəfiqi İran üçün Suriyanın ərazi bütövlüyü və hazırkı hökumətin mövqeyi çox mühümdür. Mümkündür ki, Türkiyənin sərhəd əməliyyatları qarşılığında Suriyada Bəşər Əsədin iştirakı ilə keçid mərhələsinin baş tutması razılaşdırılıb. Türkiyəyə isə müxalif qrupları yanına alaraq uğurlu əməliyyatlar keçirmək üçün fürsət tanınıb.Bu vəziyyətdə İranın susqunluğu və olaylara reaksiyası da maraq doğurur. Yeri gəlmişkən, bu günlərdə Londonda ərəb dilində nəşr olunan “Al-Sharq al-Avsat” qəzeti Türkiyə hakimiyyətinin İranın vasitəçiliyi ilə rəsmi Dəməşqlə danışıqlara başladığı haqda xəbər yayıb. Xəbərdə qeyd olunur ki, Ərdoğan və Əsədin barışdırılması üçün Türkiyə və Suriya rəsmiləri arasında görüşlər təşkil olunur. Bu isə Ankaranın son aylarda Dəməşq siyasətində kəskin dönüş amlamına gəlir. Xəbərdə o da qeyd olunur ki, Türkiyə tərəfdən barışıq danışıqlarını Türkiyə ordusu Baş Qərargahının sabiq kəşfiyyat rəisi, general İsmayıl Hakkı Pekin aparır.İsmayıl Hakkı Pekin istefada olan generaldır, hazırda Doğu Perinçəkin rəhbərlik etdiyi Vətən  Partiyası sədrinin müavini vəzifəsini tutur. 1998-ci ildə Türkiyə və Suriya arasında imzalanan Adana anlaşmasına nəzarət edən əsas şəxslərdən biridir. Yeri gəlmişkən, bu günlərdə baş nazirin müavini Numan Kurtulmuş sülh danışıqlarında Bəşər Əsədin təmsilçiləri ilə görüşülməsində bir problem olmadığını deyib.Suriya münaqişəsi və ümumilikdə Yaxın Şərqdə davam edən vəziyyətlə bağlı daha bir gözlənilməz gəlişmə Qətər dövləti tərəfindən həyata keçirilib. Bu ölkənin xarici işlər naziri Şeyx Məhəmməd Ali Sani bu günlərdə verdiyi açıqlamada Suriya, İraq, Yəmən və Liviya müharibələrinə son qoyulmaq zamanının gəldiyini bildirib. Norveçdə təşkil olunan konfransda çıxış edən qətərli nazir Yaxın Şərqdəki savaşların sona çatdırılmalı olduğunu bildirib. Sitat: “Biz Yaxın Şərqdə terror və zorakılıq şəraitində yaşamaq istəmirik”.Qeyd edək ki, böyük neft-qaz ehtiyatları sayəsində fantastik gəlirlərə malik olan bu ölkə etibarlı müttəfiqi olmaqla yanaşı, regionda diplomatiya, kəşfiyyat və vasitəçilik fəaliyyətlərində əsas mərkəzlərdən biri hesab olunur. “Ərəb baharı” prosesində Liviya, Misir, Suriya kimi münaqişə ocaqlarında savaşan silahlı islamçı qrupların bir çoxunun əsas maliyyə və siyasi dəstəyini Qətər verib. İndi isə artıq bu savaşlar ölkələri deyil, bütövlükdə regionu və dünyanı narahat edən təhdidə çevrilib. Məhəmməd Ali Saninin nə qədər səmimi olduğunu demək mümkün olmasa da, bu açıqlama Qətərin siyasi xəttinin dəyişməsinə işarə sayıla bilər. Norveçdəki çıxışında o, deyib ki, “bu savaşlar dayandırılmalıdır. Çünki müharibələr davam etdikcə, qurbanların sayı artır. Uşaqlar təhsildən uzaq qalır, gənclər radikalizmə meyllənir. Biz Yaxın Şərqdə terror içərisində yaşamaq istəmirik. Tarix göstərir ki, biz din, məzhəb və etnik fərqliliklər baxımından ayrı olsaq da, sülh içərisində yaşaya biləcəyimizə inanırıq”.Yeri gəlmişkən, Qətər Yaxın Şərq siyasətində Türkiyənin ən yaxın müttəfiqi hesab olunur. Görünən odur ki, Ankaranın siyasətinin dəyişməsi Qətərə də təsir edib. Bölgədə yeni siyasi situasiyanın yaranması gündəmə gəlib.Yaxın günlərdə İran rəsmilərinin Ankaranı ziyarət edəcəyi gözlənilir. Səfərin əsas mövzusu Suriyadakı son durum olacaq. Türkiyənin Suriyadakı əməliyyatları, eyni zamanda Ankaranın Moskva və Tehranla yaxınlaşması Cerablus əməliyyatı fonunda Suriyada yeni gəlişmələrin olacağının xəbərçisidir. Belə görünür ki, böyük anlaşmaya əsas Türkiyənin də iştirak etdiyi və Bəşər Əsədin də içərisində olduğu Suriyada keçid dönəmi başlayacaq. Artıq Suriyanın şimalında hərbi gücü ilə iştirak edən Türkiyə bir qədər əvvəl ölkə rəhbərliyinin də bəyan etdiyi kimi, “kənar ölkələr” olmadan region dövlətləri ilə birlikdə Suriya məsələsində yekun həll planında razılığa gələcəklər.(axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler