Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyenin turizm gelirleri 7-8 milyard dollar azala biler

01 Ağustos 2016

12:56 pm


01/08/2016 [16:54]: xeber –
“Rusiya ilə münasibətlərin korlanması bu ölkədən Türkiyəyə gələn turist sayına da təsir edib. DEAŞ terrorçu qruplaşmasının Sultanəhməddə və xüsusilə, alman turistləri hədəfə alan terror hücumlarından sonra isə alman turist sayında da azalma qeydə alınıb”.Bu sözləri “Reuters”ə açıqlamasında Türkiyənin sabiq baş nazirinin müavini Əli Babacan deyib.“Türkiyə üçün iyun, iyul, avqust önəmli aylardır. İyul ayı ilə bağlı turizm statistikası açıqlanıb. Turist sayında 40% itkinin olduğu ortaya çıxıb. Bu, ciddi bir rəqəmdir. Bununla bu il Türkiyənin turizm gəlirlərində itki 7-8 milyard dollar ola bilər”, – deyə o qeyd edib. Onun sözlərinə görə, rus turist itkisini bərpa etmək mümkün olacaq:“Hələ qabaqda avqust ayı var. Sentyabr, oktyabr isə rus turistləri üçün önəmli aylardır. Rusiyanın da Türkiyə həsrəti artdığı üçün rus turist itkisini növbəti dövrlərdə bərpa edə bilərik. Avropadan turist itkisi isə terror ilə bağlı olduğundan bu itkini bərpa etmək vaxt alacaq”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler