Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyenin Suriya emeliyyatının perderxası – 7 meqamı

28 Ağustos 2016

6:08 am


28/08/2016 [10:06]: xeber –
“Sabah” qəzetinin yazarı Can Acun Türkiyənin “Fərat qalxanı” əməliyyatı ilə bağlı qaranlıq qalan detallara aydınlıq gətirib.Acun 7 maddə üzrə Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatın pərdəarxası məqamlarını aşağıdakı şəkildə dəyərləndirib: 1. “Fərat qalxanı” əməliyyatının əsas məqsədi nədir? Türkiyə “Fərat qalxanı” əməliyyatı çərçivəsində Cerablusun mərkəzinə və kəndlərini İŞİD-dən təmizləməyi qarşısına məqsəq qoymaqla yanaşı, boş qalan əraziləri də müxaliflərin ələ keçirməsini arzulayır. Türkiyə uzun müddətdir ki, Azezdən başlayaraq Cerablusa qədər uzanan 90 km-lik, hətta İŞİD terrorçularını ərazidən təmizləyərək sərhədinin təhlükəsizliyini təmin etməyə çalışırdı. Cerablusdan Türkiyəyə bütün yolları bağlamaqla, İŞİD-in Türkiyəyə sızmasının qarşısını almağa çalışır. Bu əməliyyatın digər əhəmiyyəti isə ondan ibarətdir ki, ABŞ-dan regionda dəstək almaqla, PKK/PYD qüvvələrinin genişlənməsinin qarşısını almaqdan ibarətdir.  2. Əməliyyatı genişləndirməyin bir mənası varmı?Türkiyə uzun müddətdir ki, dost Suriya müxalifətini bu əməliyyat üçün hazırlayarkən, Menbiçin PKK/PYD-yə bağlı qüvvələr tərəfindən ələ keçirilməsi və sonra bu qrupların Cerablusa doğru yönəlməsi TSQ-nın əməliyyatını sürətləndirmiş oldu. Türkiyənin son dövrdə Rusiya ilə münasibətlərini normallaşdırması və bunun Suriya miqyasında əks olunması, xüsusilə Suriyanın ərazi bütövlüyü məsələsində razılıq həlledici rol oynadı.  3. Əməliyyatın texniki incəlikləri nələrdir?”Fərat qalxanı” əməliyyatı Türkiyə Silahlı Qüvvələri komandanlığı altında, eləcə də suriyalı müxalif qrupların da daxil olduğu hərbi bir hərəkatdır. İŞİD-lə mübarizə aparmaq üçün yaradılan beynəlxalq koalisiya da havadan hərbi dəstək verir. Bu əməliyyatda TSQ ilə bərabər, MİT də bu hərbi hərəkata öz töhfəsini verir. Türkiyə bu əməliyyat üçün “Sultan Murad” briqadası, Şam Cəbhəsi, Feylak əş-Şam, Ceyş əl-Nəsr, Ceyş əl-Təhrir, Həmzə Firqəsi, Liva əl-Mutasım, “Nurəddin Zəngin” briqadası, 13-cü diviziya və Liva Sukur əl-Cəbəl müxalifət qruplarına uzun müddət təlim keçib. 4. Türkiyə sərhədi xaricində uzunmüddət olacaq, yoxsa müvəqqəti bir əməliyyat nəzərdə tutulur? Türkiyə bölgədəki iki əsas hədəfi olan İŞİD və PKK/PYD qruplarını sarsıdana qədər Suriyadan çıxmayacaq. Cerablusdan İŞİD sıxışdırıldıqdan sonra bölgəyə xeyli sayda tank və zirehli texnikalar yeridilir. Bu isə o deməkdir ki, Türkiyə əməliyyatı bitirməyə tələsmir. 5. İŞİD və PKK təhlükəsinin aradan qaldırılması üçün başqa hansı addımlar atılmalıdır? Cerablus və ətraf kəndlərin İŞİD-dən təmizlənməsindən sonra Türkiyə açıq bir şəkildə Fəratın şərqinə qədər əməliyyatı genişləndirəcəyini göstərdi. Türkiyə Bab və Menbiçin nəzarətini birbaşa, ya da müxaliflərin dəstəyi ilə ələ keçirmək məcburiyyətindədir.6. Türkiyə daha əvvəl imtina etdiyi quru əməliyyatından indi niyə yararlanır? Türkiyənin Qərb müttəfiqləri, xüsusilə də ABŞ Türkiyə ordusunun İŞİD-lə mübarizə aparmaq üçün Suriyaya girməsinə çalışmış, ancaq Ankara bundan imtina etmişdi. Ankara səbəb kimi maraqlarına uyğun gəlmədiyini və bir sıra risklərin olduğunu göstərmişdi. Ancaq sonrakı dövrlərdə hökumət TSQ-nın Tel Abyad və Azez-Cerablus arasında əməliyyatlar aparmasını istəsə də, FETÖ-nun təsiri nəticəsində ordu hərəkət etməmişdi. 15 iyuldan sonra ordunun FETÖ-dan təmizlənməsindən sonra tam sürətlə Suriyaya girmək mükün oldu.  7. PKK/PYD və İŞİD bu əməliyyata necə reaksiya verdi? Gözlənildiyi kimi, PKK/PYD faktorları və İŞİD Türkiyəyə çox sərt reaksiya verdilər. “Fərat qalxanı” əməliyyatından sonra İŞİD ciddi bir müqavimət göstərmədən geri çəkildi. Ancaq PKK/PYD faktorları ilk fazada Cerablusu ələ keçirmək istiqamətində cəhdlər etdilər, daha sonra Menbiç-Cerablus arasındakı kəndləri işğal etməyə çalışdılar. Türkiyə isə bu cəhdlərə sərt cavab verdi. PKK/PYD bundan sonra Menbiç və ətrafını əlində saxlamaqla, sürətli bir şəkildə Bab şəhərini Türkiyə və dəstəklədiyi müxaliflərdən əvvəl İŞİD-dən almağı hədəfləyir.(Axar.az )


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler