Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyenin neft nehengi satılır

01 Ağustos 2016

2:00 pm


01/08/2016 [17:57]: xeber –
Türkiye Petrolleri (TP) Petrol Dağıtım AŞ-nin blok satış üsulu ilə özəlləşdirilməsində son təkliflər sentyabrın 30-dək qəbul olunacaq.Oxu.Az-ın “Marja”a istinadən xəbər verir ki, Özəlləşdirmə İdarəsinin məsələ ilə bağlı elanı rəsmi qəzetin bugünkü sayında dərc olunub.Elana görə, şirkət 100% özəlləşdiriləcək.Özəlləşdirməyə yalnız hüquqi şəxslər və birgə təşəbbüs qrupları qatıla bilər.TP Dağıtım AŞ tenderinə qatılmaq üçün 10 milyon lirə müvəqqəti təminat məbləği tələb olunur. Son təklif vermə tarixi isə sentyabrın 30-u, cümə günü, saat 17:00 olaraq müəyyənləşdirilib.Qeyd edək ki, Türkiye Petrolleri markası ilə qurulan yanacaqdoldurma stansiyaları, 1963-ci ildə TPAO tərəfindən yaradılıb. Fəaliyyət şəbəkəsini son illərdə getdikcə artan TP, 2012-ci ilin ilk altı ayında 160, 2013-cü ilin aprel ayında 195, 2014-ci ildə 250 və 2015-ci ildə 300-dən çox stansiya sayına çatıb.Şirkətin saytında yer alan məlumata görə, Türkiyədə hələ də fəaliyyətdəki tək dövlət maye yanacaq paylama şirkəti olan TP Petrol Dağıtım AŞ, maye yanacaq paylama sektorunda ən böyük ilk 6 şirkət arasında yer alır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler