Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyenin Nato ile Yaxın Şerq siyasetinde uzlaşmadığı meqamlar var

05 Temmuz 2016

1:36 pm


05/07/2016 [17:35]: xeber –
Dünən Türkiyə mətbuatında Rusiya hərbi təyyarələrinin “İncirlik” bazasından istifadə etməsinə icazə verilməsi ilə bağlı məlumatlar dərc olundu.Ancaq xarici işlər naziri Mövlud Çavuşoğlu məlumatları təkzib edərək onların əsassız olduğun dedi.Ehtimal ki,Türkiyədə indiki durumda bu məlumatların yayılması təsadüf sayıla bilməz.Bunun arxasında hansısa bir işarə var.Bu işarə Türkiyənin NATO-ya verdiyi siqnal da ola bilər.Mövzu ilə əlaqədar Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev öz fikrini bildirdi: “Son vaxtlar Türkiyənin zarici siyasəti olduqca ziddiyətli və anlaşılmazdı… Məncə, Ərdoğan komandası hazırda nə etdiyinin fərqində deyil və siyasi texnoqların tövsiyyələrini  də qulaq ardına vururlar. O ki, qaldı İncirlik haqqında gedən bir-birini təkzib edən informasiyalara, düşünürəm ki, bu məsələ təkcə Türkiyənin səlahiyyətlərində deyil. Yəni belə mühüm məsələlər, mütləq şəkildə NATO -ya üzv ölkələrlə razılaşdırılmalıdır”.”125-lər” qrupunun üzvü,Gənc Demokratlar İnstitutnunun prezdenti Yeganə Hacıyeva mövzu barədə bunu deyir: “DünənTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun  ölkəsinin   İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində İncirlik hərbi bazasını Rusiyaya təqdim etməyə hazır olması haqqında xəbəri oxuduq. Bu açıqlamadan  həmən sonra Rusiya Dövlət Duması Türkiyənin bu addımını alqışladı və həmçinin bunu Rusiyanın böyük geopolitik uğuru adlandırdı. Bir neçə saat sonra isə Türkiyə baş naziri  Binəli Yıldırımla birlikdə keçirdiyi mətbuat konfransında  Çavuşoğlu  öncə verdiyi açıqlamanı təkzib etdi və fikirlərinin düzgün anlaşılmamasını bildirdi. Türkiyənin  İŞİD-ə qarşı mübarizədə Rusiya ilə əməkdaşlığa hazır olmasını, lakin  Rusiya ilə İncirlik hava bazasından birgə  istifadə etməsi  ilə bağlı müzakirələrin aparılmadığını dedi.Bildiyimiz kimi “İncirlik” Türkiyənin cənubunda Adana vilayətində yerləşir. Bu bazadan Türkiyə ilə bərabər ABŞ hərbi hava qüvvələri müştərək istifadə edir. Həmçinin bu baza Nato üzv ölkələrinin hərbi hava texnikasının yerləşdiyi bazadır. Belə ki, “İncirlik” Natonun  taktik-nüvə silahları yerləşdirdiyi 6 hərbi bazasından biridir. Və əlbəttə ki, koalisiya əməliyyatları çərçivəsində  Qətər və Səudiyyə Ərəbistanının hərbi texnikası da bu bazada yerləşir.Texniki baxımdan  İŞİD-ə qarşı mübarizədə Rusiyanın  İncirlik aviabazasından istifadəyə ehtiyacı yoxdur.Çünki  Suriyanın  Aralıq dənizi sahilində yerləşən  Latakiya bölgəsində  Rusiyanın Ximeymim avia bazası  həmcinin  iki  hərbi bazası, Livanla sərhəddə yerləşən Tartus portunda  bir hərbi bazası, Cabal-Əl–Xarrada RLS stansiyası var. Digər tərəfdən isə bu baza Rusiya  hərbi texnikasının  çox da uyğun gəlmədiyi  modern standartlarda bir hərbi bazadır. Hətta  qarşılıqlı razılaşma əsasında Rusiya hərbi texnikası bu bazaya yerləşdirilmiş olsa belə standartların fərqliliyi üzündən Rusiya üçün  texniki çətinliklər yarana biləcəkdi.Türkiyyə hətta Rusiya ilə son günlərdə  normallaşan münasibətlər fonunda bu ölkə üçün jest edərək belə bir təklif etmişdirsə də, əlbəttə ki, onun ittifaqda olduğu Nato-dan təpkilər və təzyiqlərlə üzləşəcəkdi.  Və hətta Nato Türkiyyənin bu addımı atmağına razı olmayacaqdı.Amma bu hadisə göstərir ki, Türkiyənin ənənəvi  müttəfiqi olduğu Nato ilə Yaxın Şərq siyasətində uzlaşmadığı məqamlar var. Və Mövlud Çavuşoğlunun dünənki açıqlaması və daha sonra gələn təkzib bu məqamlardan xəbər verir”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler