Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiyenin NATO-da qalıb qalmaması Putin-Ərdoğan görüşünden asılıdır”

22 Temmuz 2016

10:32 am


22/07/2016 [14:28]: xeber –
sayt Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev ilə müsahibəni təqdim edir:-ABŞ Türkiyəni NATO üzvlüyündən çıxarmaqla hədəliyir. Hadisələrin gedişi göstərir ki, iki dövlət arasında münasibətlər gərginləşib. Prosesin sonluğunu neçə dəyərləndirirsiniz?-Tarixən Türkiyə ABŞ-la müttəfiqliyi həmişə sədaqətli olub, ancaq əvəzində Amerika türklərə qarşı öygey münasibət bəsləyib. Türk xalqı, eləcə də siyasətçilər bilirlər ki, Türkiyədə tarixən baş vermiş dövlət çevrişlərində bu və ya digər formada ABŞ-ın əli olub. Son hadisələr bir daha göstərdi ki, ABŞ höküməti Türkiyə prezidentinə və onun timsalında türk xalqına xəyanət etmişdir. Belə olan təqdirdə Türkiyə ABŞ-la müttəfiqliyinə yenidən baxmalı olacaqdır. NATO-nun Yaxın Şərqdə ən böyük bazası Türkiyədədir. Bu gün daha çox ABŞ və NATO-nun Türkiyəyə ehtiyacı var. Fakt budur ki, NATO-nun Türkiyənin ərazisindəki hərbi bazası ikincinin dövlətçiliyi üçün əsil təhlükə mənbəyinə çevrilib. Belə olan təqdirdə Türkiyə NATO üzvlüyündən imtina etməlidir. Türkiyənin NATO-da qalıb qalmaması Rusiya və Türkiyə prezidentlərinin görüşlərindən, tarixi əhəmiyyət daşıyacaq razılaşmalardan asılı olacaqdır .-Prezidenlərin bu görüşündən nə gözləmək olar?-Bayaq qeyd etdiyim kimi bu görüş tarixi əhəmiyət daşıyacaq. Putin-Ərdoğan görüşünün təkcə Türkiyə dövləti üçün deyil, bütünlükdə türkdilli xalqlar üçün xüsusi əhəmiyyəti var. Türkiyə-Rusiya yaxınlaşması dünyada yaşayan türk dilli xalqların yaxınlaşması, onların birliyi deməkdir. Yaxın gələcəkdə, Türkiyə və Azərbaycan Avrasiya İqtisadi Birliyinə qoşularsa, bu bütün türk dilli xalqların bir yerdə olması deməkdir. Türkiyə və Azərbaycanın həmin birlikdə olması eyni zamanda, bir bədənin bütövləşməsi deməkdir. Bu həm də dünyanın türkdilli xalqlarının arzuladığı Turançılıq ideyasının reallaşması deməkdir. Ümid edirəm ki, bu yaxınlaşma baş verərsə, Türk dünyasının siyasi, iqtisadi, mədəni və mənəvi birliyinə gətirəcək, belə tarixi şans birdə təkrarlanmayacaq. Bu ideyanın reallaşması Ərdoğanın iradəsindən asılıdır, hesab edirəm ki, Türkiyə prezidenti bu tarixi məsuliyyətin altına girəcək çəsarətə malikdir. Əks təqdirdə tarix Ərdoğanı bağışlamayacaq.-Hələ də, Türkiyədə dövlət çevrilişi təhlükəsinin olmasından danışırlar…-Türkiyədə baş vermiş 15 iyul hadisələrinin müəllifi, təşkilatçısı və icraçısı bəllidir, planları baş tutmadı acı sonluqla nəticələnsə də, gərginlik sovuşmayıb. Bu hadisənin arxasında daha ciddi siyasi qüvvələr var, Fətullah Gülən aysberqin görünən tərəfidir. Hərbi çevrilişin qarşısını prezidentƏrdoğan özü və türk xalqı aldı, prezidentin komandası hadisələrin gərgin anlarında şokdaydı, hələ də şokdan ayılmayıb. Hesab edirəm ki, Türkiyəni bürüyən bu təhlükə Ərdoğan və türk xalqının birliyini aradan götürməklə formasını dəyişə bilər. Bu da yalnız Ərdoğanını fiziki məhvi ilə mümkün ola bilər. Lakin İlahinin gücü bəndənin gücündən daha qüdrətlidir, Ərdoğanı ALLAH qorudu, yenə də qoruyacaq.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler