Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyenin “İncirlik” herbi bazası etrafında xüsusi emeliyyat keçirilib – FOTO

31 Temmuz 2016

5:20 am


31/07/2016 [09:17]: xeber –
Türkiyənin Adana vilayətindəki “İncirlik” hərbi bazası ətrafında xüsusi əməliyyat keçirilib. “Report” “Haber7.com”a istinadən xəbər verir ki, vilayətin bütün polis heyəti yarım saat ərzində hazırlıq vəziyyətinə gətirilib.Məlumata görə, avtomobillərlə əraziyə gətirilən yeddi minə yaxın silahlı asayiş keşikçisi hərbi bazanın giriş-çıxışını bağlayıb. Habelə digər ərazilərə nəzarəti gücləndirib.Türkiyənin digər  mətbu orqanları bunun ölkədə ikinci dəfə dövlət çevrilişinə cəhdlə bağlı ola biləcəyi ehtimalını irəli sürüb.Lakin Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Ömər Çelik bütün bunları təkzib edib. Nazirin sözlərinə görə, hərbi baza ətrafında baş verənlər “təhlükəsizliyinin standart yoxlanılması”ndan başqa bir şey deyil. “Hər şey qaydasındadır”, – deyə Çelik hərbi bazanın girişi və çıxışının bağlanmasını şərh edərkən deyib.Türkiyə mətbuatı Adanada polisin keçirdiyi əməliyyatın 2 saat yarım davam etdiyini vurğulayıb.Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Fətullah Gülənin tərəfdarları Türkiyədə hərbi yolla dövlət çevrilişinə cəhd edib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler