Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiyenin başqa çıxış yolu yox idi” – Ərestun Oruclu

30 Haziran 2016

3:08 pm


30/06/2016 [19:07]: xeber –
“Türkiyə və Rusiya son illərdə bir-biri ilə əhatəli əməkdaşlıq həyata keçirirdilər və bu siyasi, enerji əməkdaşlığından tutmuş turizm sahəsində, qarşılıqlı investisiyaların qoyulmasınadək böyük bir iqtisadi sferanı əhatə edib. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi də ildən ilə artmaqda davam edirdi. Bütün bunlar Türkiyə ilə Rusiyanın yenidən yaxınlaşmasını labüd edirdi”.  Bunu  “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib.Ə.Oruclu bildirib ki, təyyarə olayından sonra baş verən hadisələr bu əməkdaşlığı faktiki olaraq heçə endirdi və hər iki ölkə bundan ziyan çəkməyə başladı: “Bir tərəfdən sanksiyalar altında olan Rusiya, digər tərəfdən Rusiya ilə ciddi iqtisadi əlaqələri olan Türkiyə çətinlik çəkməyə başladı. Üstəlik Türkiyə Qərbdən, NATO ölkələrindən, yəni özünün qərbli tərəfdaşlarından umduğunu əldə edə bilmədi. Biz gördük ki, Türkiyə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəlişi reallaşmadı, Almaniyada qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul olundu. Bundan başqa ABŞ İranla münasibətləri bərpa edərək Ankaranı faktiki olaraq əvvəlki statusundan uzaqlaşdırmağa başladı. Belə olan halda Türkiyənin başqa çıxış yolu da yox idi. Türkiyə Rusiya ilə münasibətləri bərpa etməyə qərar verdi. Düşünürəm ki, düzgün qərar idi”.Türkiyə-Rusiya münasibətlərinin normallaşması prosesinə başlamasından dərhal sonra İstanbulun Atatürk Hava Limanında terror aktının törədilməsinə gəldikdə isə Ə.Oruclu qeyd edib ki, bunu birbaşa əlaqələndirmək həm olar, həm də olmaz: “Bunu o zaman birbaşa əlaqələndirmək olar ki, ortada fakt olsun. Yəni, terrorun sifarişçisi kimdir, terror hansı mesajlar üzrə həyata keçirilir və sair. Bu faktlar ortada olarsa, şübhəsiz ki, birmənalı şəkildə bu terror Türkiyə-Rusiya yaxınlaşmasına cavabdır. Terakt da bu münasibətləri hədəfə alan bir xəbərdarlıqdır. Digər tərəfdən isə elə bir terror aktı törədilirdisə, o daha çox hərbi, siyasi, diplomatik hədəfləri seçməli idi, turizmi və nəqliyyatı yox. Biz gördük ki, burda məqsəd Türkiyənin iqtisadiyyatına, daha dəqiq desək, onun nəqliyyat və turizm sektoruna etibarsızlıq yaratmaq, onun təhlükəsiz olmadığını göstərmək, Türkiyəyə iqtisadi zərbə vurmaqdır. Ona görə də bu terror aktı barədə fikir söyləmək çox çətindir. Çünki bu terror aktı elə bir vaxtda baş verdi ki… İndi anti-amerikanlar Türkiyədə birmənalı olaraq əldə bayraq edib deyirlər ki, biz Rusiya ilə münasibətləri bərpa etdik, amerikalılar terror sifariş verdi. Amerikapərəstlər deyirlər ki, bunu Rusiya özü törətdi. Bilirsiniz ki, bunu cəmiyyətdə Amerikanın təxribatı kimi qəbul edirlər və sair. Başqa bir tərəf deyir ki, bu terroru İsrail, bir qrup isə deyir ki, İran törətdi. Tamam başqa bir qrup isə deyir ki, Ərdoğan hökuməti özü törədib. Düşünürəm ki, bu barədə danışmaq hələ tezdir və düzgün deyil. Ona görə ki, ortada yetərincə faktlar yoxdur. Ən azı dolayı faktlar mövcuddur. Dolayı faktlar əsasında isə müəyyən mülahizələr söyləmək olar. Məsələn, mənim mülahizəm ondan ibarətdir ki, diplomatik, siyasi, hərbi çevrələr hədəfə alınmayıb, amma turizm və nəqliyyat sektoru hədəfə alınıb. Bu artıq başqa məqsədlərdən xəbər verir. Mən bunun Türkiyə-Rusiya və Türkiyə-İsrail münasibətləri ilə əlaqəsini görmürəm”.( Teleqraf.com-)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler