Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiyenin AB-e qoşulması meselesi bir defelik bağlana biler”

18 Temmuz 2016

4:48 pm


18/07/2016 [20:47]: xeber –
Almaniya Federal Respublikası sözçüsü Steffen Seibert, bu gün təşkil etdiyi mətbuat konfransında Türkiyədəki çevriliş cəhdinə açıqlama verib. Türkiyədəki çevriliş cəhdinin AB ilə Türkiyə arasındakı qaçqın axınını dayandırmaq üçün edilən müqaviləyə təsir etməyəcəyini söyləyib.Almaniya Baş naziri Angela Merkelin sözçüsü Seibert, “AB, Türkiyədə yaşayan qaçqınlara maliyyə dəstəyi verilməsini də ehtiva edən müqavilədə üzərinə düşənləri yerinə yetirməyə davam edəcək” dedi. Mühacir razılaşmasının həm AB, həm də Türkiyənin mənfəətinə uyğun olduğunu deyən Seibert, Almaniyanın Türkiyədən razılaşmağa bağlı qalmasını gözlədiyini qeyd edib.sayt xəbər verir ki, digər tərəfdən Steffen Seibert, çevriliş cəhdindən sonra müzkirə mövzusu olan edam cəzasının geri götürülməsinə görə,Türkiyənin AB-ə üzvlük müzakirələrinin yekunlaşacağını qeyd edib. “AB, dəyərlər birliyidir” deyən Seibert, edam cəzasının olduğu bir ölkənin bu təşkilata üzv ola bilməyəcəyini dolayısı ilə dilə gətirib.Almaniya və digər AB ölkələrinin, Türkiyədəki edam cəzası mübahisəsini təqib etdiyini deyən alman Spiker, AB-nin mövqeyinin dəqiq olduğunu ifadə edib. Seibert , “Edam cəzasını qəti olaraq rədd edirik, edam cəzası yerinə yetirilməsi AB-yə qoşulma müzakirələrini bağlayacağıq mənasını verir ” deyib.Mehman Nəbiyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler