Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyenin 4 şeherinde emeliyyat – 11 nefer saxlanıldı, 14-ü…

13 Ağustos 2016

3:16 pm


13/08/2016 [19:12]: xeber –
Türkiyə polisi PKK terror qruplaşmasının üzvlərinin yaxalanması ilə bağlı İstanbulda, İzmirdə, Qarsda və Vanda əməliyyatlar keçirib. sayt xəbər verir ki, əməliyyatlara səhər saatlarından etibarən eyni vaxtda start verilib. İzmir şəhərində keçirilən əməliyyatlar nəticəsində PKK-nın gənclər təşkilatının (YDG-H) üzvü olan 11 nəfər saxlanılıb. Van vilayətinin mərkəzində və bölgələrində isə 14 nəfər nəzarətə götürülüb. İstanbulda keçirilən əməliyyatlar nəticəsində isə PKK-nın məsul şəxslərindən hesab edilən Rakip Yardımcı saxlanılıb. R.Yardımcının yaxalanması üçün 300 min lirə mükafat təyin edildiyi bildirilir. Əməliyyatlar nəticəsində terror təşkilatına aid xeyli sayda sənəd, elektron ləvazimatlar və bomba hazırlamaq üçün istifadə edilən müxtəlif maddələr aşkarlanıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler